Bahalı əncir yarpağı :)
⠀
İki gün öncə “torgovıy”da ən brend mağazalardan birinə girdim, əynimdə gördüyünüz bu geyimi aldım. T-shirin qiyməti 50 azndir.⠀
Buraya qədər hər şey normaldır. Normal olmayan isə hekayənin özüdür. Çünki yuxarıda dediklərim uydurmadır. Əynimdəki bu futbolkanı evimizin yanındakı 2-ci əl geyim mağazasından almışam. Qiyməti isə 4.50 azndir (dörd manat əlli qəpik).
⠀
Hekayəni uydurmağım hekayənin içində olanların relda baş verməməsi anlamına gəlmir.
⠀
Milyonlarla insan bahalı parçaların arxasında gizlənməyə çalışır. Bəziləri biznesmenlərin qurduğu hörümçək toruna düşdüyü üçün, bəziləri özündən qaçdığı üçün.
⠀
Amma bu iş deyil. Bahalı parçanı istənilən bir səbəbdən ala bilərsən, bircə arxasında gizlənmək səbəbindən başqa. Çünki bu gün onun arxasında gizlənəcəksən, sabah bahalı qurğuların, bahalı yeməklərin…
⠀
Və bir gün baxacaqsan ki, 70 yaşındasan, ömrün qaçdı tutdu oynamaqla keçib.
⠀
İçinizdəki adəm (ilk insan) gizlənməkdən bezib. O sizə özünüz olmaq üçün yalvarır, arada ona qulaq verin, soyunun.
⠀
© Murad Məmmədov
