3 gün öncə səhər saatlarında avtomobilə əyləşən kimi, adəti üzrə əlim getdi radionu yandırmağa.
Yolda gördüm ki, aparıcı şit zarafatlar edir. Düşündüm ki, bu birazdan anidən sevmədiyim və neqativ xəbər də söyləyər. Beləliklə radionu söndürərək, facebook xəbər lentinin ardından radionun da həyatıma müdaxiləsini nəzarət altına almaq qərarı verdim. Artıq radioda mahnı səslənməyən zaman radionu dinləməyəcəm.
⠀
Alimlər 2 grup insan üzərində eksperiment ediblər:
⠀
1-ci qrupa deyiblər ki, təsəvvür edin 600 nəfər virusa yoluxur. 100 nəfəri xilas edirik, sağ qalır. Neçə nəfər ölür?
⠀
2-ci qrupa da eyni tapşırıq veriblər, lakin sualı fərqli qurublar. Təsəvvür edin 600 nəfər arasında virus yayılır. 500 nəfəri ölür, xilas edə bilmirik. Neçə nəfər sağ qalır?
⠀
Nümunənin nəticəsi eyni olsa da, 1-ci qrup cavabı ortalama 7 saniəyə tapır. 2-ci qrup isə ortalama 11 saniəyə.
⠀
Nəticə göstərir ki, insan beyni müsbətdən mənfiyə tez keçid edir. Lakin mənfidən müsbətə gec. Yəni biz pis xəbər eşidəndə, əhvalımız daha gec düzəlir.
⠀
Bu bizə onu deyir ki, neqativ informasiyadan maksimum uzaq olmalıyq. Belə olan halda özümüzü bu təhlükədən niyə qorumayaq?
⠀
Xarakterimizin formalaşmasında genetik kodlar və təbii ehtiyaclarımızla paralel olaraq, aldığımız informasiya da böyük rol oynayır.
⠀
İnformasiyanı bizə əsasən nələr ötürür? Kütləvi informasiya vasitələri və ətrafımızdakı insanlar.
⠀
Bu iki bənbəni düzgün seçməli seçməli və daima nəzarətdə saxlamalıyıq. Kivi nəzarət altına aldıqdan sonra, ətrafımızdakı insanları da filterləməliyik.
⠀
Ən doğmalarımızdan tutmuş küçədə rastladığımız yad insanlara qədər. Əgər bu insanlar bizə xoşa gəlməz əhval bəxş və ya info ötürürlərsə, mədəni şəkildə bunu istəmədiyimizi deməliyik. Məlumatlandırmadan sonra da davam edirsə, əlaqəni azaltmalı, gərəkərsə bitirməliyik.
⠀
Milyonlarla insan fərqində olmadan, gərəksiz, neqativ info ilə həyatını zəhərləyir. Bu informasiyalar bizim həyata baxışımızdan tutmuş yaşayış tərzimizə qədər müdaxilə edir! Hər kəs bu təhlükənin fərqinə varmalı, gərəksiz informasıyaları bloklamalıdır! Demirəm ki, özünüzü tamamilə hər şeydən uzaqlaşdırıb tərki dünya olun. Ən azından bu axınını nəzarətə alın. Özünüzü mənəvi və ruhən hazır hiss etdiyiniz zaman bu informasiya axınına icazə verin. Bir anda dayanın, gözlərinizi yumun və hər şeyi söndürün. Sonra tədricən yalnız sizə lazım olan və sizə sevinc gətirən şeyləri yandırmağa başlayın…
© Murad Məmmədov (facebookda izlə)
