Həyat müəllim – Öyrəndim ki 1#

18 yaşımda gecə 11-12 arası evə gələndə nənəm gec hesab etdiyi üçün şillə vurub çantamı çölə atanda başa düşdüm ki, azadlıq üçün daha çox pul qazanmaq lazımdır, daha yüksək maaşlı iş tapmalıyam.


Özünə inamı az olduğu üçün mənə müraciət edən yeniyyetmə və gəncləri diqqətlə analiz etdikdə, anladım ki, ailə fiziki olaraq qoruyur, mənəvi olaraq məhv edir.

Bir dəfə bəzi səbəblərdən gərginlik yaşadığım günlərdə xarici ölkəyə getmişdim. Çox yaxşı şəratim vardı, hər şey pulsuz, ətrafım rəngli və maraqlı insanlarla dolu idi. Amma mən heç oralı deyildim…
Və onda başa düşdüm ki, beynindəki problemləri həll etməsən, cənnətdə də özünü cəhənnəmdəki kimi gərgin hiss edəcəksən. Beynindəki problemləri həll etsən, cəhənnəmdə də özünü cənnətdəki kimi rahat hiss edə bilərsən.

Heç bir dinə qoşulmadan tanrını sevmək istəyəndə, maraqlandığım bütün dinlərin belə bir şeyi xoş qarşılamadığını aşkarlayanda anladım ki, dinlər sizin tanrını sevməyinizi istəyir, amma ondan əvvəl nəsə başqa birşey istəyir.

Ətrafımızda baş verən hər kəs və hər şey bizə nəsə öyrədə bilər. Hər gün basdığımız lift düyməsini, bağladığımız ayyaqqabı bağını belə diqqətlə müşahidə etsək, nəsə öyrənərik.
Bunun üçün sadəcə görmək və ya hiss etməklə paralel düşünmək kifayətdir.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma