Mübarizə ilə qazanılan xoşbəxtlik (motivasiya)

Sizə bu şəkili göstərirəm, ümid edirəm iyrənməzsiniz

Artıq 10 ildir ki, demək olar bütün həyatımı internetdə paylaşıram.
Məni izləyənlər arasında əlilliyi olmayan şəxslər olduğu kimi, əlilliyi olan şəxslər də var.

Və bilirəm ki, nisbətdə müqayisədə daha çox fiziki çətinliyi olan bəzi əlilliyi olan şəxslər düşünür ki, ‘əşi sənə nə var ee, çəliklərlə gəzirsən də’

Hər yayın əvvəlindən başlayaraq, nazik geyinməyə başladıqca, istifadə etdiyim qoltuq ağacları qolumun altını sürtməyə, kəsməyə başlayır. Bu ən yaxşı formasıdır. Çünki artıq yayın son aylarıdır və qolumun altı, xüsusəndə bitişik hissəsi sürtülməkdən, yara olmaqdan nisbətən sərtləşib və daha az yara olur.

Yayın əvvəllərində isə hətta qan çıxır

Bir dəfə bir xanım dostum da etiraf etmişdi ki, elə bilirəm sənə ailən də dəstək olur, ümumiyyətlə güzəştlərin və rahatlıqların var deyə, nisbətən rahat həyat yaşayırsan

Kənardan belə görünürəmsə nə xoş mənə. Lakin türk reperi ‘Ezhel’in ‘Kazıdık Tırnaklarla’ adlı repi ən yaxşı cavabdır  (bu arada dinləyin, çox bəyənirəm )

Sözümü ona gətirirəm ki, hə ola bilər çəliklərlə də olsa gəzirəm. Amma bunu zaman-zaman qanım bahasına edirəm. (Siz də edə bilərsiz və etməlisiniz, fiziki və ya mənəvi problemlərinizin olmasından aslı olmayaraq)

Mən də bir çox əlilliyi olan şəxs kimi tənbəllik edərək özümü evə atıb, şikayətlənə bilərəm. Əlilliyim var deyə, hər kəs mənə borcludur kimi özümü apara bilərəm. Lakin mən başqa yolu seçmişəm.

Sizi əmin edirəm mən əlil arabasında da olsaydım, eyni performansı göstərəcəkdim. Bəlkə onda daha çox çətinliyim olduğu üçün daha əzmlə çalışıb daha yüksək nəticələr göstərəcəkdim.

Bütün bunları bilirsiz niyə görə edirəm?

Azadlığın qoxusunu ciyərlərimin ən dərininə çəkmək üçün.

Hər gün daha əlvan daha çılğın rəngləri görə bilmək üçün.

Bəs bu azadlıq mənə nə verir? İnanıımaz həyat eşqi və özgüvən!

Nəticədə özümü o qədər rahat, yüngül hiss edirəm ki, gecə ilə hər şeyimi itirib küçədə yatmaqdan belə qorxmuram. Çünki azadam və özümə inanıram.

Etdiklərimi isə hər kəs edə bilər. Hər şey vərdişlər və məşğələlər üzərində qurulub.

Öpürəm, sevirəm, qucaqlayıram

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma