Həyat müəllim – Öyrəndim ki 2#

– 17 yaşımda dostluq etdiyim şəxslərlə 30 yaşımda dostluq etdiyim şəxslərin 99% fərqli şəxslər olduğunun fərqinə varanda anladım ki, uşaqlar üçün çoxlu seçim fürsətləri yaratmalıyıq.


– 25 yaşım olanda o zamana qədər artıq nazir qarşısında çıxışdan tutmuş 2-3 ixtisas üzrə fəaliyyət göstərməyimə qədər sosial uğurlarımın olmasına rəğmən, ‘qoy məktəb atestatim da olsun’ düşüncəsilə, məktəbin hər hansısa bir sinifinə qəbul olunmaq üçün imtahan verdiyim zaman, imtahanda ‘Babək kimdir?’ Sualına baxıb cavabını bilməyəndə anladım ki, yüz minlərlə uşağın ən möhtəşəm 11 ilini mənasız suallarla əllərindən alırlar.

– Hər bir qolumda və ayağımda ən azı 2-3 sümük sınığı olmağına rəğmən, bu gün məni mənəvi məsələlərin daha çox incitdiyini görəndə öyrəndim ki, sağalmayan yeganə yara fiziki yox, uşaqlıqda aldığımız psixoloji travmalardır.

– Bütün ‘dəliliklərimə’ və fərqliliklərimə rəğmən insanlardan gözlədiyim və istədiyim münasibəti görəndə anladım ki, başqasının səni necə qəbul etməyini istəyirsənsə, özünü o cür təqdim etməyi öyrənməlisən.⠀

© Murad Məmmədov (facebookda izlə)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma