Həyatımızı korlayan 3 düşüncə tərzi ( psixoloji vərdiş )

  • 21 yaşım olanda çat vasitəsilə bir qızla tanış olmuşdum.

Tanışlığımızın 14-cü günündə görüşdük. Görüşün axşamı qız münasibətimiz yalnız dostluq statusu ilə davam edə biləcəyinə dair sms yazdı. Səbəbin mənim əlilliyimdə olması, günəş tək parlayırdı.

  • 27 yaşım olanda, aylıq xərclərimin ən azı 400 – 500 azn olmasına baxmayaraq, “gözünün üstündə qaşın var” deyilməyən və aylıq maaşım 500-600 azn olan iş yerimdən şəxsi istəyimlə ayrıldım.
  • Həm 26, həm də 29 yaşımda, başqa birilərilə iş birliyi etdik, birlikdə əmək sərf etdiyimiz işi yaxşı yerlərə yüksəltdik. Hər iki dəfəsində kifayət qədər əmək sərf etməyimə, böyük töhvələr verməyimə rəğmən ədalətsizliklərlə rastlaşdım, prinsiplərim əl vermədiyi üçün bu qədər əməyə rəğmən birgə fəaliyyətdən ayrılmaq məcburiyyətində qaldım.

Murad Məmmədov olaraq, yuxarıda sizə uğursuzluq və ya xoşa gəlməz hal kimi qəbul olunan həyatımda baş vermiş 3 fərqli hadisədən bəhs etdim.

Hər üç hadisə zamanı insanların əksəriyyətinin qapıldığı düşüncə tərzinə qapılmadım. Bu düşüncələrə qapılmamağım məni ayaqda saxladı və davamında kifayət qədər xoşbəxt hisslər yaşamağıma səbəb oldu.

Bəs həyatımızı korlaya biləcək, uzaq durmalı olduğumuz bu üç düşüncə tərzi hansılardır ?

  1. Özünü yazıq olduğuna inandırmaq

Pis birşey olduqda kədərlənmək normaldır. Lakin özünə yazığının gəlməsi, məsələni şişirtməkdir. Bir çox insan, pis hadisə yaşayanda “Niyə bütün bunlar mənim başıma gəlir, niyə mənim bəxtim yoxdur” kimi cümlələr quraraq, özünü yazıqlığa qoyur.

Səbəb: Bənzər hadisələr bizdə gərginlik, qorxu, narahatlıq hissləri yaradır. Biz də müvəqqəti olaraq bu hisslərdən qaçmaq üçün, yazıq və bədbəxt olduğumuzu uydururuq, bunun arxasında gizlənirik.
Bu tərz düşüncə bizi çıxılmaz bir küncə salır, problemin həllindən çox, problemə kökləyir.

Bənzər hadisələr zamanı, özünü yazıq hiss etmək əvəzinə, bu hisslərlə üzləşmək, üzərindən keçməyi, həll etməyi öyrənmək lazımdır.

Necə ki, mən 21 yaşımda yaşadığım hadisədən sonra, problemlə üzləşərək, nədə olduğunu tapıb, gələcəkdə münasibətlərimin daha gərqli məcrada davam etməsinə nail oldum.

  1. – Başqalarının bizi idarə etdiyiniə inanmaq. Nəyəsə məcbur olduğunumuzu düşünmək.

Bəli elə şeylər var ki, biz onları etməsək və ya etsək pis nəticə verə bilər. Lakin bu o demək deyil ki, bizim seçim etmək şansımız yoxdur. Baş verə biləcək xoşa gəlməz şeylərə rəğmən seçimi biz edirik. Mən tez-tez insanlardan bu deyimləri eşidirəm:

“Ailəm belə istəyir deyə məcburam”
“Pul lazımdır deyə, məcburam”
“Mən də filan şeyi etmək istəyirəm, amma bu mənim əlimdə deyil”

Gözəl insanlar bu düşüncə tərzi tamamilə reallıqdan uzaqdır. Sizin ailəniz belə istəyir deyə nəyəsə məcbur deyilsiniz. Siz ailənizin istəyini reallaşdırmağı seçdiyiniz üçün məcbur olduğunuzu düşünürsünüz. Siz hansısa işdə qalmağa məcbur deyilsiniz. Sadəcə nələrəsə görə o işdə qalmağa özünüzü məcbur edirsiniz.

Özlüyündə isə heç kəs və heçnə sizin əvəzinizə qərar vermir. Bütün qərarları siz verirsiniz, bütün seçimləri siz edirsiniz. Hər zaman başqa seçim etmək, başqa qərarlar vermək sizin əlinizdədir.

Belə düşünməyin səbəbi: – Özünü başqaları ilə müqayisə edərək, onların səndən üstün olduğunu düşünmək, onların sizin düşüncələrinizi, sizin isə onların davranışlarına təsir edə biləcəyinizi düşünməkdir. Bir çox insan şəxsi seçim və uğursuzluqlarında başqalarını günahlandırır.

Bilmək lazımdır ki, hər birimiz müstəqil fərdik, kimsə bizim idarəçimiz deyil. Hər zaman seçim etmək şansımız var, nəyin necə olacağını özümüz seçirik! Əgər nəyisə müqayisə etmək istəsəniz, bu günki özünüzü, dünənki özünüzlə müqayisə edin.

Necə ki, aylıq xərclərimin 400 – 500 azn olmağına rəğmən, heç bir başqa stabil gəlirimin olmamağına rəğmən, “bu işdə qalmağa məcburam” deyib illərlə deyinərək eyni işdə qalmadım, artıq qala bilməyəcəyimi düşündüyüm zamandan etibarən, işdən çıxmağı seçdim.

Və bu seçimimin həyatımı necə müsbətə doğru dəyişdiyinə bir çoxunuz şahidsiniz.

  1. Ədalətli dünya axtarışı və buna uyğun gözləntilər.

Bir çoxumuz düşünürük ki, bu həyat daima bizə nəsə verməlidir. Əgər kifayət qədər səy göstərsəm, mütləq gözlədiyim uğura nail olacam. Heç bir əməyim qarşılıqsız qalmayacaq.

Bunun səbəbi: Bir çoxumuz qəlbimizin dərinliyində, ədalətli dünyada yaşamaq istəyirik. Yaxşılıq etsək bizə də yaxşılıq olacaq. Çətinlikdən, sınaqdan sonra bizə gözlədiyimiz mükafat veriləcək.

Atdığımız hər bir addıma görə mütləq şəkildə kainatın bizə göydən üç alma göndərəcəyini düşünmək, yalnız məyusluğa səbəb ola bilər. Çünki zaman-zaman hər birimiz həyatın ədalətsizliklərilə qarşılaşacağıq. Lakin bu o demək deyil ki, istirabımız bir ömür boyu davam edəcək.

Əlbətdə zəhmətkeş və ədalətli insanlar əksər hallarda məqsədlərinə nail olurlar. Lakin iki şeyi bilmək lazımdır.

Birincisi bu nailiyyətlər heç də hər zaman və sırf gözlədiyiniz formada olmaya bilər.
İkincisi isə əldə etdiyimiz nailiyyətlər heç də ilahi ədalətdən və ya hansısa bir möcüzədən qaynaqlanmayacaq. Bu nailiyyətləri ona görə əldə edəcəyik ki, həyatımız vərdişlər, qazanılmış təcrübələr və diqqətimizi cəmlədiyimiz bucaqlar nəticəsində formalaşır.

Yəni ola bilər ki, gecə gündüz məqalə yazmağı öyrənəsəniz, bunun üçün əziyyət çəkəsiniz. Lakin sonda yazdığınız məqalə gözlədiyiniz reytinqi toplamaz. Bəlkə də toplayar. Amma istənilən halda, siz ən azından məqalə yazmağı öyrənmiş olacaqsınız. Bu özü də bir qazancdır. Sadəcə sırf sizin gözlədiyiniz qazanc deyil.

Ola bilər kiminləsə ortaq işə qatılarsınız, lakin sonda mənim kimi ədalətsizliklə qarşılaşasınız. Bu o demək deyil ki, sonda mütləq mükəmməl bir sonluq olmalıydı. Və ya bu o demək deyil ki, sizin əməyiniz boşa getdi və bir daha kiminləsə ortaq iş görməməlisiniz.

Bəli, həyat bizim düşüncələrimiz və inanclarımız üzərində qurulur. Necə düşünürüksə, həyat da o cür olur. Amma bir məqamı unutmamalıyıq, həyatımızı möcüzələr və ədaləti dünya üzərində yox, reallıqlar üzərində qurmalıyıq.

Əlbətdə mən ideal biri deyiləm. Çox az hallarda olsa belə, mənim də hisslərimə məğlub olduğum zamanlar olur. Lakin əksər hallarda mən bu üç düşüncə tərzindən uzaq duraraq sevincli və xoşbəxt günlərimin sayını artırmağa nail oluram :)

Bu yazını kliniki psixoteropevt Emi Morin”in TEDx çıxışı əsasında yazmışam.
Daha çox bənzər məqalələr yazmağımı istəyirsinizsə, yazını bəyənin, şərh yazın və paylaşın.

© Murad Mammadov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma