Niyə əlilliyi olan şəxslərin əksəriyyəti dindardır ?
“ Seks işçisi olan insan tanıyıram ki, sonradan dindar olub”
14 yaşım olanda ətrafımda olan yaxınlarımın dindarlığından təsirlənərək oruc tutmağa başladım. Bir ay fasiləsiz orucdan sonra, namaza başladım. Sonra məşhəd ziyarətinə getdim. Və beləcə oldum əhli şiə.
1-2 il sonra ibadətlərə və dini ainlərə olan entuaziazmım (ehtirasım) sönməyə başladı və dayandırdım. Lakin yenə də islam dininə olan inancım qalırdı.
Bir neçə ildən də sonra, oxuduğum elmi, fəlsəfi kitabların sayəsində deist oldum (deist – hər hansısa bir tanrının olduğunu ehtimal edir, dinləri isə inkar edir. Biz buna zarafatca “Allahqdan qorxan ateist də deyə bilərik
)
Mənim bu gün deist olmağım, dindar insanlara qarşı hərhansısa pis niyyətin formalaşmasına səbəb deyil. Mənimlə və ya qonşumla işi olmayan dindar insan mənim canımdır. Gərəkərsə onunla çiyin-çiyinə namaz da qılaram.
Həmçinin bu məqaləni yazmağımın əsas səbəbi, yuxarıda yazdığım şəxsi hekayəm deyil. Əsas səbəb bu gün tanıdığım əksər əlilliyi olan şəxslərin dindar olmasıdır. Və bu məqam mənim diqqətimi çəkdi.
Bəs əksər əlilliyi olan şəxslər nə üçün dindarlığa meyilli olur və hətta bir çoxu ömür boyu belə davam edir ?
Bu reallıqdan qaçmaq üçündür. Çünki din deyir:
“Bu müvəqqəti həyatdır”
“Bütün çətinliklər imtahandır”
“Çətinlik çəkən insanlar seçilmişlərdir, onlar mükafatlandırılacaqlar” Və.s.
Əlilliyi olan şəxslərin də əksəriyyəti əlillikləri ilə barışa bilməyərək, reallıqla üzləşməkdən qorxaraq, sırf bu vədlərlə təsəlli tapdıqları üçün dindar olurlar.
İndi bir çoxunuz düşünürsünüz ki, “əşi lap elədir, bu acı həqiqətləri niyə deyirsən? qoy insanlar bununla təsəlli tapsınlar da”
Hazırda bir çoxunuzun gözündə düşmən kimi görünsəm də, əslində dediklərim sizə kömək edə bilər.
Çünki dinin vəd etdiyi bu “müvəqqəti keyidici dərmanlar” sizi sadəcə müvəqqəti rahatlandıra bilər. Reallıq isə zaman-zaman insanın üzünə şillə kimi dəyir!
Reallıq nədir ? Reallıq bir az gözlə baxanda görünən, daha çox isə fiziki toxunuşdur. Bəli siz görmədən və toxunmadan da nələrsə hiss edə bilərsiniz, lakin bu heç bir zaman toxunuş qədər effektiv ola bilməz!
Eyni zamanda vədlər sizi passivləşdirib, olduğunuz yerdə saxlamaq, ya da potensialınızı tam istifadəsi üçün barier olmaq riskini yarada bilər. Əlilliyinizlə barışıb yaşamaq istədiyiniz həyatı bu dünyada yaşamaq üçün mübarizə aparmaq əvəzinə, “əşi onsuz da müvəqqətidir, o biri dünyada kral olacam” düşünsəniz, həyatınızı məhv etmiş olarsınız.
Heçnə imtahan zad deyil! Siz müxtəlif digər səbəblərdən əlilliyi olan şəxssiniz və zehniniz vasitəsilə bu əlilliyinizi kompensasiya edib, istədiyiniz hissləri və həyatı bu dünyada yaşamalısınız.
Reallıqdan qaçmaq üçün dindar olmağı təkcə əlilliyi olan şəxslər seçmir. Mən əvvəllər seks işçisi olan insan tanıyıram ki, sırf qorxularından qaçmaq üçün sonradan dindar olub.
Qaçmaq çıxış yolu deyil, qaçan qovalanır. Qovalayan isə qorxularımızdır.
Qaçma, üzləş, döyüş, döyül, qalib ol!