Düşüncələrinin qarışmaması üçün 18 yaşından aşağı şəxslərin bu yazını oxuması tövsiyyə olunmur. Həmçinin yazıda qeyri etik ifadələr ola bilər.
5-6 il əvvəl bir qız yazdı ki, görüşüb danışmağa ehtiyacı var. İstəyini qəbul etdim və biz molların birinin eyvanında görüşdük.
Danışdıqları əsasən valideynlərilə əlaqəliydi. Onların etdikləri o qədər ağır, təsirliydi ki, bütün günü özümə gələ bilmədim, düşünməmək üçün gecə getdim çoxlu içdim.
Şəxsi təcrübəmdə çox saylı çətinliklərin ödtəsindən gəldiyim və fərdi inkişaf məsələləri üzrə çalışdığım üçün, çətinlikləri olan və məni tanıyan şəxslərin əksəriyyətinin ağlına ilk mən gəlirəm və onlar hekayələrini mənimlə bölüşürlər. Bu hekayələri məmnuniyyətlə dinlədikcə fərqinə vardım ki, bir çox valideynlər övladlarının şəxsi həyatlarına çox saylı müdaxilələr edirlər, onların azadlıqlarını müxtəlif üsullarla məhdudlaşdırırlar. Bütün bunlar özünü əsasən aşağıdakı formada əks etdirir:
Təhsil və peşə seçimlərinə müdaxilə. Seks və partnor münasibətlərinə müdaxilələr, məhdudiyyətlər. Hobbi seçimindən tutmuş geyim tərzinə qədər çox saylı müdaxilələr.
Bu müdaxilələr bəzən mənəvi bəzən isə fiziki şiddət və zorakılıqla tətbiq olunur.
Bir mənalıdır ki, bir çox ölkələrdə övlada qarşı mənəvi və fiziki şiddət, zorakılıq cinayət əməlidir. Yəni bənzər hadisələr zamanı, yeniyetmə və gənclər hüquq mühavizə orqanlarına şikayət edə bilərlər. Hətta mənəvi şiddətin özü belə bu yeniyetmə və gənclərdə çox saylı psixoloji travmalar buraxır.
Bir mənalı olmayan və əksər hallarda müzakirəyə səbəb olan məsələ isə, valideynlərin tətbiq etdikləri müdaxilə və məhdudiyyətlərə mənəvi haqlarının olduğunu iddia etmələridir. Və mən bu yazımda buna şəxsi təcrübə və fəlsəfəmə əsasən aydınlıq gətirməyə çalışacam.
Bunun üçün ən birinci biz uşağın necə dünyaya gəlməsinə nəzər salmalıyıq.
Uşaq heç ananın bətnində ruşeym halında da olmazdan öncə, uşağı düşünərək onu dünyaya gətirmək mümkün deyil. Çünki olmayan biri üçün necə onu düşünərək onu dünyaya gətirmək mənası yükləmək olar ki ? Yəni fərd öz istəyi və ya kimlərinsə istəyi nəticəsində bu uşağı dünyaya gətirir. Bu o deməkdir ki, uşaq dünyaya gəldikdən sonra, valideyn heç bir halda ona “səni mən dünyaya gətirmişəm” deyərək minnət vurmamalıdır. Çünki uşaq bunu xahiş etmək bir kənara, heç istəməyib də. Qadın özü öz istəyi ilə dünyaya gətirdiyi bir uşağa bunu deməsi məntiqli deyil.
İndi isə keçirik ikinci və ən mübahisəli mərhələ olan, uşağın danyaya gəldikdən sonrakı mərhələsinə.
Bir çox valideyn övladının şəxsi həyatına etdyi müdaxilələr və məhdudiyyətlərə, uşağı yetişdirmək üçün sərf etdiyi əməyə görə, mənəvi haqqının çatdığını iddia edir.
Sadə dildə desək “gecələr başının üstündə oyaq qalmışam” “işləyib yedizdirmişəm, geyindirmişəm” və.s.
Bu bilirsiniz nəyə bənzəyir ? Bank biznesmenə çörək zavodu tikmək üçün pul krediti verir. Biznesmen zavodu tikib başa çatdırdıqdan sonra, bank gəlir və deyir ki, sən biznesini dəyiş, ət istehsalı ilə məşğul ol. Biznesmen çörək istehsalını daha çox sevdiyini və daha yaxşı bacardığını söylədikdə isə, bank deyir ki, mənə dəxli yoxdur sən nə sevirsən və nə bacarırsan, pulu mən vermişəmsə, sənin hansı bizneslə məşğul olmağını da mən seçəcəm.
Əlbəttə mən birinə sevgi və qayğı göstərmənə rəğmən, onun bir gün sənə qarşı götlük etməsi nə deməkdir çox yaxşı bilirəm. Elementar biz gənclər özümüz sevgili olduğumuz zaman, bu hal ilə rastlaşırıq. Lakin sevgi göstərdiyin insandan gözlədiyin də maksimum sevgi olmalıdır. Əgər bu sevgini səndən istəməyibsə, heç onun da qarşılığını tələb etmək doğru deyil.
Həmçinin biz nəyə görə insanlara ağac kimi yanaşaq ?
Axı insan ağac deyil ki, gələcəkdə onun kölgəsində dincəlib, meyvəsini yeyəcəyimizə ümidlənərək onu əkək, belləyək. İnsanın digər əşyalardan fərqi canlı olmasıdır. Canlılar və xüsusən də insan üzərində eksperimentlər etmək cinayət əməli sayılır.
Ona görə də, övlad dünyaya gətirərkən bütün bunları nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu uşaq canlıdır, böyüdüyü zaman bəzi məsələlərdə mənimlə razılaşmaya bilər. Seçimlərimiz uzlaşmaya bilər və.s.Bütün bunları nəzərə alıb dünyaya övlad gətirən şəxs, heç zaman övladına gələcək üçün yatırılmış kapital kimi baxmaz.
Bəli, valideyn övlad yetişdirmək üçün sərf etdiyi əmək müqabilində təşəkkürə, sevgi və hörmətə laiqdir! Bu sevgi və hörməti valideynə istənilən formada ödəmək olar. Sözlə, toxunuşla, qayğı ilə, lap yeri gələndə pul verərək. Amma heç bir halda bu sevgi və hörmət, övlaın valideyn üçün nökərə və şəxsi əşyaya çevrilməsi formasında ödənilməməlidir, ödənilə bilməz.
Çünki bu zaman övlad ölür, övlad yaşamır. Övlad əşyalaşır, övlad başqaları üçün yaşamış olur. Valideyn əmək sərf edərək yetişdirdiyi övladı 18 yaşı olduqda “öldürür” Bunun adı ölümdən başqa birşey deyil. Öldürmək üçün uşaq yetişdirməyin!
18 yaşına çatmış hər bir gənc başqalarının hüquqlarını pozmayan istədiyi həyatı yaşmğa hüuqi və mənəvi haqqı vardır! Və bu həyatı yaşamaq üçün hər şeyi etməlidir.
Nəyin bahasına olursa olsun, övladının şəxsi həyatına müdaxilə edərək, onu robot tək, sırf özü istədiyi kimi istiqamətlənməyə məcbur edən “valideyn” isə sadəcə bioloji olaraq valideyndir. Mənəvi olaraq isə…