1. Diqqətinizi toparlayın.
Eyni anda birdən çox iş görməyin. Bu yalnız cib telefonlarınıza deyil, ümumiyyətlə əlimizdə oynatdığınız digər şeylərə də aiddir. Söhbətdən yayınmayın. Söhbətdə iştirak edin. Müdirinizlə mübahisənizi düşünməyin. Yemək üçün nə bişirəcəyimi düşünməyin. Qalxıb getmək istəyirsənsə, söhbəti tərk edib gedin. Söhbətdə yarımçıq, fikiriniz başqa yerdə olaraq iştirak etməməlisiniz.
2. Hərşeyşunaslıqdan uzaq olun.
Özünəməxsus və ağıllı olmağa ehtiyac yoxdur. Fikrinizi bildirmək istəyirsinizsə və başqalarının bu mövzuda fikirləri və ya mübahisələri sizi maraqlandırmırsa, sadəcə blog yazın. Unutmayın ki, istənilən bir şəxsdən öyrənəcək nələrsə mütləq var.
3. Açıq suallar verin.
Əsl jurnalistlər kimi davranın. Suallarınıza nə, harada, nə vaxt və necə başlayın. Sadə bir sual verirsinizsə, sadə bir cavab alacaqsınız. “Qorxmusunuz?” – həmsöhbət bu sualdakı ən güclü sözə reaksiya verəcək, “qorxur” və cavabı “bəli” ya da “yox” özü olacaqdır. “Sən əsəbisən?” – “Bəli, əsəbiləşdim.” Qarşı tərəf nə hiss etdiyini daha yaxşı bilir, ona görə də elə suallar verin ki, o özü hissləri haqda danışsın. Məsələn daha yaxşı olar ki, belə soruşasınız: “Bu necə idi?” “Nə hiss etdin?” Həmsöhbət bir saniyə susmaq və həqiqətən düşünmək məcburiyyətində qalacaq, sonra çox daha maraqlı bir cavab alacaqsınız.
4. Toparlanmağı öyrənin.
Söhbət zamanı ağlınıza dəxilsiz düşüncələr gələcək, onları necə buraxacağınızı öyrənməlisiniz. Çox vaxt bir müsahibə zamanı qonağın bir neçə dəqiqə bir şey söylədiyini görürük. Sonra aparıcı ona mövzu ilə heç bir əlaqəsi olmayan və ya qonağın artıq cavab verdiyi bir sual verir. Yəni aparıcı bir neçə dəqiqə əvvəl dinləməyi dayandırıb, çünki bu inanılmaz dərəcədə ağıllı sualı gündəmə gətirdi və hər halda unutmamağa çalışdı. Eyni səhvi biz də edirik. Həmsöhbətimizlə danışırıq, sonra birdən xatırlayırıq ki, dünən bir kafedə Hugh Jackman ilə tanış olduq.
5. Etiraf edin.
Əgər nəyisə bilmirsinizsə etiraf edin. Radioda işləyən insanlar səslərinin qeyd oldunduğunu çox yaxşı bilirlər, bu səbəbdən açıqlamalarında son dərəcə diqqətli olurlar. Onlardan nümunə götürün, özünüzü riskə atmaq lazım deyil. Nəyisə bilmirsinizsə deyin bilmirəm.
6. Hər şeyə “mən də” deməyin.
Həmsöhbətlərin təcrübəsi ilə paralellər aparmaq lazım deyil. Sevdikləri insanların itkisindən danışmağa başlasalar, bu mövzuda nümunələr verməyə başlamayın. İşdəki problemlərdən danışsalar, onlara sizin də işinizdən nə qədər nifrət etdiyinizi söyləməyin. Bütün hekayələr bənzərsizdir, heç kim eyni deyil. Hər təcrübə bənzərsizdir. Ən əsası, söhbət sizdən getmir. Bu anı nə qədər “cool” olduğunuzu və ya nə qədər əziyyət çəkdiyinizi sübut etmək üçün istifadə etməməlisiniz. Bir dəfə Stephen Hawking-dən intellekt qabiliyyəti barədə soruşdular. Cavab verdi: “Təsəvvür edə bilmirəm. IQ ilə lovğalananlar ziyana uğrayanlardır. “
7. Təkrarlamayın.
Deyilənləri təkrarlamayın – Bu yorucu səslənir. Çox zaman bu səhvə yol veririk.Daha yaxşı başa düşmələri üçün, xüsusilə həmkarlarımız və uşaqlarla söhbətləşərkən bir düşüncəni fərqli sözlərlə ifadə edirik. Bunu etməyin.
8. Xırdalıqlarda ilişməyin.
Lazımsız detallardan çəkinin. Düzü, insanlar tarixlərə, adlara, çılğınlıqla xatırlamağa çalışdığınız bütün bu detallara əhəmiyyət vermirlər. Onların vecinə də deyil. Onlar sizinlə maraqlanırlar. Kim olduğunuzu, onlarla ortaq nələrinizin olduğunu maraq edirlər. Detalları unudun.
9. Dinləyin.
Bu sonuncu tövsiyyə olmasa da, açıq-aşkar ən vacibidir: Dinləmək. Saysız-hesabsız məşhur insanlar dinləməyin mümkün olan ən vacib bacarıq olduğunu söyləmişlər. Buddanı ifadə etmək üçün: “Açıq bir ağızla heç bir şey öyrənmək olmaz.” Və Calvin Coolidge, “Heç kim hələ çox dinlədiyinə görə qovulmadı” dedi.
Orta hesabla bir nəfər dəqiqədə 225 sözlə danışır, ancaq qulaqda dəqiqədə 500 söz qəbul edə bilərik. Buna görə beyin çatışmayan 275 sözü müstəqil olaraq doldurur. Anlayıram ki, həmsöhbətinin nitqini izləmək üçün güc və enerji lazımdır, amma bunu etmədən sən söhbət etmiş sayılmırsan. Siz sadəcə eyni yerdə dayanaraq əlaqəsiz cümlələr səsləndirirsiniz.
10. Qısa olun.
[Yaxşı bir söhbət qısa ətək kimidir: maraqlandırmaq üçün kifayət qədər qısa, vacib olanı örtmək üçün kifayət qədər uzun. – Mənim bacım]
Yuxarıda deyilənlərin hamısını sadə bir prinsipdə ümumiləşdirmək olar: Digər insanlara qarşı diqqətli olun. Gedin insanlarla danışın, onları dinləyin və ən əsası təəccüblənməyə hazır olun.
Bu məqalə radio aparıcı və yazıçı Celeste Headlee”nin TEDx çıxışı əsasında dərc edilib.
Rus dilindən tərcümə: Murad Məmmədov