On altı yaşımda oynadığım kompüter oyunu ilə başlayan marağım 27 yaşımda həqiqi avtomobil almağımla nəticələndi. Bu gün (6 okt) isə ilk və hələki sonuncu olan avtomobilimi satdım.
⠀
Üç il ərzində yeni şeylər öyrəndim. Bəzi şeylərdə isə bir daha əmin oldum.
⠀
- Çox sevgi çox qorxu deməkdir
⠀
Nəyinsə insana verdiyi komfort ona qarşı olan sevgini artırır. Artan sevgi o şeyi itirmək qorxusunu da artırır. Artan hər bir qorxu isə insanın azadlığını məhdudlaşdırır. Çünki qorxular narahatlıq doğurur, narahat insanın özünü azad hiss etməsi, məntiqli qərarlar verməsi çox çətindir.
⠀
İkinci əl avto aldığımdan, tez-tez hansısa detalı xarab olurdu. Bu da məndə qorxular yaradırdı. Məsələn:
“Görəsən usta tapacağam ?”
“Detalı neçiyə olar?”
“Yenə xarab olar?” və.s.
Mənim kimi azadlıq düşkünü biri isə belə qorxuıarla yaşamağa öyrəşməyib.
⠀
Hələ illər öncə ‘Sahib olduqların sənə sahib olarsa’ adlı məqalə yazmışdım.
Bu səbəbdən satıb bu narahatlıqlardan azad oldum.
- Almanlar çox ağıllıdırlar.
⠀
Ən məntiqlisi almanlar kimi davranmaqdır. Yeni avtomobil alırsan. İstehsalçı şirkətin verdiyi 2-3 illik zəmanət müddətini sürürsən, ardınca avtomobilini satıb, üzərinə bir az pul qoyub yenisini alırsan. Çünki zatən işlənmiş avtomobili aldıqdan sonra, onun üzərinə az qala yeni avtomobilin pulunu qoyursan. Yenidə isə zaman və əsəbinə qənaət etmiş olursan.
Bu səbəbdən növbəti avtomobili mütləq salondan, yenisini alacam.
Bunun üçün pul yığana qədər isə heçnə almayacam.
⠀
- Bakı avtomobil idarəsi üçün bərbad şəhərdir.
⠀
Şəhərin ən sürətli yollarında piyadalar onlar üçün qadağan olunmuş yollardan keçirlər. Yolların əksəriyyəti kələ kötür, kanalizasiya dəliklərilə dolu, darısqal və qaranlıqdır. Təsəvvür edin Port Bakunun qarşısındakı yolda avtomobilimin təkəri partlayıb :)
⠀
Belə şəhərdə ən idealı ictimai nəqliyyatdır. Təəsüf ki, əlilliyim və ictimai nəqliyyatın əlilliyi olan şəxslər üçün qeyri müyəssər olması buna mane olur.