5 il əvvəl niyə susmuşdum və nə üçün insanlara fərdi yanaşmalıyıq ?

5 il əvvəl niyə susmuşdum və nə üçün insanlara fərdi yanaşmalıyıq?

Beş il əvvəl kitabımın təqdimatında elə bir an oldu ki, qəhərdən nitqimə davam edə bilmədim. 1 dəqiqəyə yaxın susdum, su içdim və toparlanaraq davam etdim.

Çünki təqdimatda şəxsi həyatıma dair həssas məqamlara toxunurdum, bu mövzulardan biri də orta statistik insanın hər hansısa bir fiziki fəaliyyəti icra etməsi ilə, mənim eyni hərəkəti icra etməyimin müqayisəsi idi.

Bu yaxınlarda isə yoldaşlardan biri ilə söhbət zamanı, onun məni tərifləməyinin ardıca dedim:

“Əşi camahat kosmosa avtomobil göndərir, mənim uğurlarım belə şeylərin yanında nədir ki”

O da möhtəşəm bir cümlə quraraq “Bəlkə bura da sənin kosmusundur” dedi.

Əslində həqiqətən belədir, bəzən kənardan bərabər və ya kiçik görünən nəticələrin fonunda bərabər olmayan əmk və fəaliyyətlər dayanır.

Məsələn evdə oturaraq ayda min manat qazanan bir şəxs ilə,
fəhləlik edərək ayda 4 yüz manat qazanan şəxs sizə eyni hədiyyəni ala bilər, lakin bu o demək deyil ki, hər iki şəxs o hədiyyəni sizə almaq üçün eyni səyi göstərib.

Və ya filin 100 metr irəliləmək üçün atdığı addım sayı ilə, qarışqanın 100 metr irəliləmək üçün atdığı addım sayı eyni deyildir, çəkdikləri əziyyət eyni deyildir.

Belə bir yanaşma bizə nə deyir?

Onu deyir ki, ola bilər sizin gördüyünüz hər hansısa bir iş kənarrdan kiçik iş kimi görünür, lakin bu o demək deyil ki, siz gördüyünüz işi və ya özünüzü yüksək dəyərləndirməməlisiniz!

Həmçinin onu deyir ki, bizim üçün edilən jetslərin heç də hamısı eyni əmək müqabilində edilmir. Bu da o anlama gəlir ki, onların dəyərləri də eyni deyildir.

Hansısa brend avtomobilin motoru 200 at gücündə ola bilər, lakin 200 atın əzələ enerjisi ilə edilən səyahət qədər keyifli olmaz.

Fərdi yanaşmalara önəm verək, özümüzü laiqincə dəyərləndirək, qarışqaları tapdalamayaq, atları qucaqlayaq.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma