Və bu hadisə hər ay ən azı bir dəfə təkrarlanır.
⠀
Təsəvvür edin mobil telefonunuza sms gəlir ki, hesabınıza pul köçürülüb. Gedirsiniz bankomatdan pul çıxarmağa, amma çıxara bilmirsiniz.
Əlilliyimin olmasına baxmayaraq özümü kifayət qədər xoşbəxt hiss edirəm. Çünki bir çox ehtiyaclarımı heç kəsdən asılı olmadan müstəqil şəkildə qarşılaya bilirəm.
⠀
Məsələn, tək yaşayıram, yeməyimi özüm bişirirəm, alış-verişimi özüm edirəm.
⠀
Bəli, doğru başa düşdünüz. Müstəqil olmaq məni daha da xoşbəxt edirsə, kimdənsə asılı olmaq mənim xoşbəxtliyimi azaldır. Məsələn, Kapital bankın bankomatları kimi.
⠀
Axı nə üçün mən ayda bir dəfə pul çıxarmaq üçün tanıdığım və ya tanımadığım şəxslərdən kömək istəməliyəm?! Tanımadığım şəxs olanda isə əlavə olaraq məlumatlarımın məxfiliyi risk altına düşür.
⠀
Məsələ burasındadır ki, Kapital bank Azərbaycanda əlilliyi olan şəxslərə dövlət tərəfindən təyin olunmuş sosial müavinətləri verən yeganə bankdır. Və təsəvvür edin ki, bu bankın əlilliyi olan şəxslər üçün, məsələn, əlil arabasından istifadə edən və ya mənim kimi boyu balaca olan şəxslərin müstəqil şəkildə, heç kəsdən asılı olmayaraq istifadə edə bilməsi üçün nəzərdə tutulan bir ədəd belə müyəssər (əlçatımlı) bankomatı yoxdur.
⠀
Təklif edirəm ki, Kapital Bank bu çatışmazlığı aradan qaldırana qədər mənə daha keyfiyyətli taburetka almağa və taburetkanı bankomata aparmağa kömək edəcək asisstentə verməyim üçün maddi kompensasiya ayırsın :D
⠀
Bəli, bu, banklar tərəfindən göstərdikləri xidmətdə olan bir çatışmazlıqdır.
⠀
Çünki həm BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq konvensiyasında, həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan əlilliyi olan şəxslərin hüquqlarına dair hüquqi sənədlər ilə tələb olunan müyəssərliklərdir. Hansı ki bir çox dövlət və qeyri dövlət təşkilatları tərəfindən tələb olunan bu müyəssərliklərə əməl olunmur.
⠀
© Murad Məmmədov