Şəhərin mərkəzində kənd tualetləri

Statistikaya əsasən dünya əhalisinin 42%-nin təbii ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tualet kabinələrinə çıxışı yoxdur.

Azərbaycanda isə tualet bolluğuna baxmayaraq, on minlərlə insan ondan rahat istifadə edə bilmir. Onlardan biri də mənəm…

Şəxsən mən kafe və restoranlarda qida qəbulundan sonra tualetlərdən istifadə etmək istəyərkən özümü “survivor” yarışlarında hiss edirəm. Çünki:

– Əl-üz yuyanlar (rakvina) çox hündür və uzaqda olur, əlim gah çatmır, gah da güclə çatdığı üçün üst-başım su olur.- Qapıları açmaq üçün ağır atletika ilə məşğul olmalısan.- Kabinetlər çox dardır.- Əlil arabası istifadəçisi dostlarımız üçün dəmir tutacaqlar yoxdur və s.

Bütün bunları nəzərə alaraq dünən şəhərin bəzi kafe və restoranlarına gedərək ( Starbucks Azerbaijan KFC Azerbaijan, Özsüt – Baku, MADO Azərbaycan) xidmətlərindən istifadə etdikdən sonra müdriyyətlərinə xatırlatma məqsədilə tualetlərinə belə bir bildiriş yapışdırdım: “Bu tualet əlilliyi olan şəxslər üçün müyəssər ola bilərdi”

Məlumatsız olanlar üçün bildirmək istəyirəm ki, qeyd etdiyim çatışmazlıqlar mənim şəxsi kaprizlərim deyil. Restoran sahiblərindən əlilliyi olan şəxslər üçün nəinki müyəssər tualet, ümumilikdə restoranın bütün xidmətlərinin əlilliyi olan şəxslər üçün əl çatımlı olmasını tələb edən iki əsas qanun var:

1 – Azərbaycan Respublikasının Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunununn 3-cü fəslinin 14-cü maddəsi.

2 – Birləşmiş Millətlər təşkilatının əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq konvensiyasının 9-cu maddəsi.

Əminəm ki, dünən getdiyim restoran sahibləri pis niyyətli insan deyillər. Sadəcə məlumatsızlıqdan belə bir durum yaranıb. Və onlar mənim bu xatırlatmamdan sonra dəyişiklik etmək istəkləri barədə mənə geri dönüş edəcəklər.

Əgər siz də mənə yardımcı olmaq istəyirsinizsə, bu postu paylaşaraq restoran sahiblərinə xatırlatma edə bilərsiniz.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma