İradəni gücləndirməyin 10 qaydası

Nə zaman ki, insanlarla istəklərindən, planlarından söhbət edirəm, diqqət edirəm ki, əksəriyyəti bu istəklərini reallaşdırmaq üçün, iradə güclərinin azlığından şikayətlənirlər.

Bəs ümumiyyətlə güclü iradəyə sahib olsaq nə ola bilər ?

  • Başlatdığımız fəaliyyətləri yarıda burxamyaraq, müsbət nəticə əldə edənə qədər davam etdirə bilərik. (nəticədə sosial, iqdisadi uğurlar qazanmaq və.s mümkündür).
  • Öyrəşdiyimiz, lakin bizi sevməkdən daha çox incidən insanları özümüzdən uzaqlaşdıra bilərik.
  • Lazımı qədər kilo atıb fit bədənə sahib ola bilərik.

    Yuxarıdakıları etməyimizə əsasən iradəmizin yüksək səviyyədə olmamağı mane olur. Yəni, ya başlamağa, ya davam etdirməyə, ya da sona çatdırmağa iradəmiz çatmır.

    Bütün bunları nəzərə alaraq, iradəni gücləndirməyin qaydasına dair effektiv bir məqaləni sizlər üçün tərcümə etmək qərara gəldim. Yazıda qeyd edilən bir çox qaydanı özüm də real həyatda istifadə edirəm. Zatənn buna görə hazırda şəxsi bloqumda bu yazını oxuyursunuz :)

İradəni gücləndirməyin 10 qaydası:

1. Rejimlə yatın, yuxunuzu alın.

Sağlam yuxu rejimi iradəni gücləndirməyin əsas üsullarından biridir.
Pis və natamam yuxu rejimi hər hansısa prosesə fokuslanmağa və qərar qəbul etməyə mənfi təsir edir.

2. Meditasiya edin.

Meditasiya ehtiyat iradə gücünü toplamaq üçün əla vasitədir.
Uzunmüddətli meditasiya təcrübsi konsantrasiyanı, özünü dərk etməni yaxşılaşdırır, stressi azaldır.
Ən yaxşı tərəfi odur ki, meditasiya etmək uzun zamanınızı almır. Gündə sadəcə 4/5 dəqiqə meditasiya etmək kifayət qədər müsbət nəticə verə bilir.

3. Yaxşı vərdişlər mənimsəyin.

Vərdiş – Hər hansısa fəaliyyəti əqli enerji xərcləmədən avtomatik icra etməkdir.
Vərdişlər imkan yaradır ki, biz hansısa işi, zərrə qədər də iradə gücü sərf etmədən hər gün təkrarlaya bilək.
Cəmi bir dəfə iradə gücü sərf edərək hər hansısa vərdişi mənimsəməklə, gələcəkdə böyük iradə gücünə qəanət etmiş olursunuz.

4. Sağlam qidalanın, idmanla məşğul olun.

Yaxşı qida və fiziki aktivlik, iradənizi qoruyub saxlama qvə yaxşılaşdırmaq üçün, yuxu qədər əhəmiyyətli qaydadır.
Yəqin ki bu ən çox diqqət edilməyən xeyirli vərdişdir. Çünki insanların əksəriyyəti nə gəldi yeyərək sonradan vicdan əzabi çəkməyi daha asan hesab edir.

Sağlam qidalanmaq kvant fizikası kimi çətin birşey deyil.
Mütamadi, bitki və dəniz məhsuları ilə qidalanmaq kifayətdir ki, bədən ona lazm olan qədər bütün maddələri əldə etsin.

Mütamadi fiziki aktivlik bədəndəki endofirin səviyyəsini yüksəldir, piyi azaldır, beyinin qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir.
Elmi araşdırmalar göstərir ki, depressiya ilə ən yaxşı mübarizə üsullarından biri mütamadi olaraq idman etməkdir.
Və bütün bunlar sizin iradə gücünüzü artırır.

5. Ətrafı dəyişin

Fərqində olmasaq belə, ətraf mühit bizim davranışlarımıza güclü təsir edir.
Məsələn yüksək səslər, narahat oturacaq, zəif otaq işığı və.s. Əgər siz böyük qaşıq ilə və ya böyük boşqabda yeyirsinizsə, böyük ehtimalla siz çox yeyəcəksiniz. Telefonu sondürün və kənara qoyun, bu zaman o iş gördüyünüz zaman sizi daha az yayındıracaq. Sadəcə ətrafınızdakı düzəni dəyişdirməklə siz fikirinizin yaylnmasının qarşısını alaraq iradə gücünüzü qorumuş olacaqsınız.

Çalışın ətrafınızı görmək istədiyiniz fəaliyyətlərə uyğunlaşdırın. Əgər iş gördüyünüz masanın arxasındasınızsa, masada işinizə uyğun əşyalar olsun və fikirinizi yayındıracaq şeylər olmasın.

6. Gərəksiz qərarları ləğv edin.

Cornell Universitetinin tədqiqatları göstərib ki, sadəcə yemək və ya içki seçimi üçün gün ərzində 200 qərar verməyə çalışırıq. Bu hələ şuurlu şəkildə düşündüyümüz qərarlardır, şuur altı bu haqda daha çox düşünürük. Və bu qərarların hər birinə kifaət qədər iradə sərf edirik. Daha vacib qərarlara fokuslana bilmək üçün, yemək seçimi və.s kimi kiçik seçimləri məhdudlaşdırmaq lazmdır.

Öncədən təxmini planlama, gərəksiz dilemmaları (seçimləri) minimallaşdırmaq üçün əla üsuldur. Gün ərzində edəcəklərinizi planlamaq üçün, sizə 10-15 dəqiqə bəs edəcək. Lakin bunun müqabilində gün ərzində edəcəklərinizi düşünmək və qərar vermək üçün əziyyət çəkməyəcəksiniz. Gücünüzü daha yaxşı işlər üçün qoruyub saxlamış olacaqsınız, nəinki ayran yoxsa meyvə şirəsini seçməyə xərcləyərək.

7. Bir an üçün bir addım atın.

Nəyisə edə bilməmək heç də hər zaman iradəsizliyimizə görə deyil.
Bəzən sadəcə böyük və çətin problem ilə üz-üzə qalırıq. Böyük bir tortu bir dəfəyə yemək mümkün deyil, lakin onu dilimlərə bölərək daha san yemək olar.
İRadənizi zorlamayın, həll etməli olduğunuz işi kiçik hissələrə bölün və ayrı ayrı vaxtlarda bir hissəsini həyata keçirin.

Gündəlik gəzintinizi hər gün 1 dəqiqə uzatsanız, nəticədə fərqinə vaacaqsınız ki, 10 km yürüyüş edə bilirsiniz. Bu iradə gücünüzü tükətməməyinizi qarantiliyən bir üsuldur. Əksinə bu üsil sizə özünüzlə qürur duymaq hissi verəcək ki, siz işləri hissələrə bölərək rahatlıqla öhdəsindən gəlirsiniz.

8. Özünüzə qarşı mərhəmətli olun.

Özünə qarşı mərhəmətli davranmağın, özünü tənqidtən daha faydalı olduğunu isbatlayan çox saylı araşdırmalar mövcuddur.

Özünə qarşı mərhəmətli olan insanlar səhvlərini etiraf edib onlardan nəticə çıxarmağa, zəif nöqtələri ilə mübarizə aparmağa daha çox meyillidirlər.

Həyatda “Yıxılmaqların” normal birşey olduğunu və yenidən qalxa biləcəyimizi dərk etdiyimiz zaman, biz uğursuzluqlardan daha tez xilas olaraq, müsbət dəyişikliklərə nail ola bilirik.

9. 2-x qanununu istifadə edin.

Yəqin hər birinizin başına gəlib ki, başlamağa ərindiyiniz hansısa işə başlayandan sonra “əşi cəhənnəm başlamışam, davam etdirim bitsin” demisiniz. Yəni başlayandan sonra düşündüyünüz qədər çətin davam etməyib və bitirəcək halda olmusunuz.

Buna görə də, hər dəfə ilk addımı atıb başlamağa tənbəllik etdiyiniz nəsə olduqda. “2 dədiqə edib dayandıracam” deyin, yəni bu işə çox zaman ayırmamaq niiyyətilə başlayın, 90% hallarda siz 2 dəqiqədən artıq, hətta işi yekunlaşdıracaq gücdə olacaqsınız. Olmasanız da eyb etməz, 2 dəqiqədən sonra dayandırarsınız, əsas 2 dəqiqəlik başlayın.

10. Bialogiyanızı sizə işləməyə məcbur edin.

Yəqin bir çoxunuz bədənlərimizdə baş verən, mövsümə uyğun bioloji dəyişikliklər barədə eşitmisiniz.

Lakin ilə, aylara görə olan dəyişikliklərdən əlavə, hər birimizin günün müəyyən saatlarında özümüzü fərqli hiss etdiyimiz də olur və bizə məhs bu dəyişikliklər haqda düşünmək lazımdır. Məsələn bəzilərimiz səhər tezdən yaxşı işləyə bilirik. Bəzilərimiz özümüzü gecə daha məhsuldar hiss edirik. Həmçinin fiziki gümrahlığımız da hər birimizdə fərqli saatlarda ola bilir.

Bütün bunları nəzərə alaraq özümüz üçün gündəlik tuta bilərik. Bir neçə gün ardıcıl olaraq günün hansı saatlarında özümüzü necə hiss etməyimizi izləyib analiz etdikdən sonra, görməli olduğumuz çətin işləri özümüzü daha yaxşı hiss etdiyimiz saatlara salaraq onları daha rahat, daha az iradə gücü sərf edərək icra edə bilərik. Xırda və asan işləri isə, məhsuldarlığımızın aşağı olduğu saatlara keçirə bilərik.

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma