Əlilliyi olanlara olmaz – Nazirlərə olar

Ötən ilin oktyabr ayında əsəbləşərək avtomobilimi satmaq qərarına gəldim.

Əsəbləşmək səbəblərindən biri də o idi ki, mən 3 il avtomobil idarə etdim, amma bu 3 il ərzində avtomobilimi saxlamağa əlilliyi olan şəxslər üçün qanun ilə tələb olunan bir dənə də olsun yerüstü avtodayanacaq tapa bilmədim.⠀

Çünki 2015-ci ildə yaranan Bakı Nəqliyyat Agentliyi adlı gülməli bir agentlik, 6 illik fəaliyyəti ərzində əlilliyi olan şəxslər üçün parklama yerlərini təşkil etməyib.⠀Amma bunun müqabilində nə edib bilirsiniz? 🙂

Deməli bu günlərdə Nazirlər Kabineti tərəfdə gəzişərkən belə bir dirək gördüm.⠀Şəkildən də gördüyünüz kimi, BNA ölkədə 650 min əlilliyi olan şəxs olduğu halda, onlar üçün avtodayanacaq yaradmadığı təqdirdə, 5-10 nəfər nazir üçün xüsusi avtodayanacaq yaradıb. Necədi sizin üçün? 🙂

Mən bu bildirişi görəndən sonra belə başa düşdüm ki, bu ölkədə sənə hörmət olunması üçün ya sən gərək nazir olasan, ya da nazir olasan 🙂

Buna görə də buradan üzümü tuturam BNA rəhbərliyinə: Yoldaşlar, çox xahiş edirəm əlilliyi olan şəxslər üçün də avtomobil dayanacağı yaradın, söz verirəm ki, nazir olmaq üçün əlimdən gələni edəcəyəm!

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma