Yuxuda gördüyüm müyəssərlik

Bu gün gecə çox qəribə yuxu görmüşəm

Görürəm Bakı şəhər icra hakimiyyəti, şəhər salma komitəsi və digər aidiyyatı qurumların nümayəndələri ilə eyni iclasdayam.

Yuxuda bu yoldaşlara deyirəm ki, “nə zamana qədər Bakı əlilliyi olan şəxslər üçün qeyri-müyəssər, sərbəst hərəkət üçün əlverişsiz şəhər olmağa davam edəcək ?”

Mənə qayıdıb nə desələr yaxşıdır?

Dedilər “Murad yekə oğlansan, cəmi 1 milyona yaxın, adama görə biz işimizi gücümüzü atıb şəhərdə düzəlişlər etməliyik ?Axı biz məmur adamlarıq, gəl ondansa sənə sehirli bir güc verək və sən bundan sonra şəhərdə nə necə istəsən elə də hərəkət edə biləcəksən, amma bizi əlilliyi olan adamlara görə məşğul eləmə, bizim DAHA VACİB İŞLƏRİMİZ VAR.

Elə ağzımı açıb demək istəyirdim ki, haqq, hüquq… Dedilər, Murad yuxuda olmağından istifadə etmə, bura sənin üçün Avropa zad deyil ki, hasısa məmurun qəbuluna düşüb onları məşğul edəsən. Və bir göz qırpımında özümü çöldə tapdım.

Mən onlarla görüşü tərk edəndən sonra sehir artıq işə düşmüşdü, mən əlilliyi olan şəxs olaraq Bakıda, rahat hərəkət edirdim.

Məsələn:

– Atatürk pr-də əliliyi olan şəxsləri nəzərə almayan yer üstü piyada keçidini uçaraq keçirəm.
– Nizami küçəsində səhv dərəcə ilə qoyulan pandusları (maili keçidləri) avtomobil ilə keçirəm.
– Küçənin yalnız pilləkən olan yollarını taxta ilə hoppanaraq keçirəm.
– Qış parkında hündürdən qoyulan, əlim çatmayan manual işıqforları uçaraq basıram.
– Hündürdə quraşdırılan bankomatdan uçan xalça ilə istifadə edirəm.

Bir az var yuxudan oyanmışam. Oyanan kimi əllərimə, bədənimə toxundum, sonra getdim pəncərədən çölə baxdım, gördüm yenidən hər şey əvvəlki kimidir. Bakıda rahat hərəkət etmək üçün yuxuda olmalısan.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma