10 ildir dəyişməyən qayda – Uşaqların əlilliklə bağlı mariflənməsi

10 ildir dəyişməyən qayda

1 ci şəkil:

Yanımdakı uşağın adı Hüseyndir.

5 yaşı var və qardaşım oğludur.

Hüseyn mənimlə tamamilə uşaqlıqdan ünsiyyətdə olduğu üçün artıq mənim əlilliyimə öyrəşib.

Onun mənim sayəmdə öyrəndikləri gələcəkdə başqa əlilliyi olan şəxslər üçün də faydalı olacaq.

Məsələn, Hüseyn gələcəkdə bizneslə məşğul olsa, əmisinin çalışqanlığından, işgüzarlığından xəbərdar olduğu üçün əlilliyi olan şəxslərin potensialı  məsələsində hər hansısa bir stereotipi (ön yarğısı) olmayacaq və əlilliyi olan şəxsləri də işə götürə biləcək.

2-ci şəkil:

Nizami rayonunda məktəblərin birində bir layihə çərçivəsində uşaqlara xeyirxahlıq və inkluziv təhsil mövzusunda təlimlər keçirdim.

Əlillik məsələlərini uşaqlara onların sevdikləri dildə, yəni oyunlarla, interaktiv yarışlarla izah etdiyimiz üçün onlar bu məlumatları tez və rahat mənimsəyirdilər.

Hətta dərslərin getdiyi bir zamanda dərs keçdiyimiz uşaqlardan biri evdə valideyninə əlilliklə bağlı işlədilən səhv ifadəyə düzəliş etmişdi.

İstər 10 il əvvəl, istərsə də bu gün yaşadığım təcrübə göstərir ki, əlilliklə bağlı böyük və həlli çətin görünən bir çox məsələnin həlli kifayət qədər asandır.

Sadəcə bunun üçün insan müxtəlifliyini balacalara öyrədəcək və aşılayacaq bir təhsil nazirliyinə, təhsil sisteminə ehtiyac var. Hansı ki, bizdə yoxdur.

Bizim təhsil sistemimiz fokuslanıb uşaqlara hazır mətnlər əzbərlətməyə. Cəmiyyətin bir sıra sosial problemlərini həll edə biləcəklərindən xəbərsizdirlər. Və ya xəbərdardırlar, amma bu işdə maraqlı deyillər.

Əgər biz müxtəlifliyi, bərabərliyi (inkluzivliyi)  dəstəkləyən cəmiyyətə sahib olmaq istəyiriksə, ilk növbədə ən kiçiklərə, yəni yeniliyə ən açıq olan varlıqlara fokuslanmalıyıq. Və buna cavabdeh ilk növbədə təhsil nazirliyidir.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma