Hamiləlik zamanı doğulacaq körpədə əlillik yarada biləcək diqqət çəkən 3 səbəb

Hamiləlik zamanı doğulacaq körpədə əlillik yarada biləcək diqqət çəkən 3 səbəb

1. Stress

Hamiləlik zamanı yüksək stress yaşayan qadınlarda digər qadınlara nisbətən erkən doğuş və ya düşüş ehtimalı 25 – 60% daha yüksəkdir.

Həmçinin yaşanılan stress doğulacaq uşaqda aşağıda qeyd edilən mental və fiziki halların yaranma riskini artırır:

Astma, ürək damar xəstəlikləri, davranış pozuntusu, diqqəti cəmləmək çətinlikləri. Və hətta autizmin də yaranma səbəblərindən birinin stressdən ola biləcəyi ehtimalları müzakirə olunur (mənbə).

Beləliklə, hamilə qadına stress, gərginlik yaşadan kişi həm də gələcək dünyaya zərər vurmuş olur. Bu da o deməkdir ki, bu artıq ailə daxili problem deyil. 

2. Narkotik

97% hallarda narkotik vasitələrin aludəçisi olan qadınların övladları fiziki və ya psixi pozuntular ilə doğulurlar.

Belə valideynlərin uşaqları hətta ilk günlərdən aşağıdakı xüsusiyyətlərlə doğulur:

Qıcolma, bədənin yüksək temperaturu, orterial təzyiq və.s.

Hamiləlik zamanı narkotik vsitələrdən istifadə isə hətta erkən düşüşə gətirib çıxara bilər. Bu, qadının bədəninin özünü müdafiəsidir. O başa düşür ki, döl narkotik səbəbilə zədələnib və düzgün inkişaf etmir.

3. Alkoqol

Hamiləliyin ilk aylarında spirt qəbulu gələcək uşaqda aşağıdakı riskləri artırır:

Mərkəzi sinir sisteminin pozuntusu.
Çəki azlığı və.s

Nadir halda belə spirtli içki qəbulu, körpənin beynində uzun müddətli və dərhal görünməyən dəyişikliklərə yol aça bilər.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma