Depressiya bezdirib ? Ondan xilas olmaq üçün həyatımızı asanlaşdıracaq 4 məsləhət

Ekranda gördüyünüz şəkillərim indi deyəcəklərimin nə qədər real olmasının göstəricisidir.

Hər il dördümüzdən birində psixi sağlamlıq pozuntusu yaranır. Bu 4 nəfərdən 2-3 nəfərimiz müalicəsiz qalırıq.

Xüsusilə pandemiya dövründə özünü izolasiyadan sonra, gündəlik olaraq gərginlik yaşayan insanların sayı 42% çoxalıb.

Bu gərginlikləri zamanında müəyyənləşdirib aradan qaldırmasaq, çoxalaraq daha ciddi pozuntulara yola aça bilər.

Bu yazımda BBC-nin sənədli filmindən həvəslənərək, öz həyat tərzimlə birləşdirərək psixi sağlamlığımızı möhkəmləndirmək üçün faydalı biliklərimi bölüşmək istəyirəm:

  1. Interoception

İnterosepsiya bədəninizdə baş verən prosesləri müşahidə etmək, fərqində olmaq deməkdir.

Məsələn, gərginlik yaşamağa başlayan zaman barmağımızı qolumuzdakı şah damara qoyub ürək döyüntülərimizi saymağa başlasaq, ürək döyüntülərimizi nəzarətə alaraq, yüksəlməsinin qarşısını ala bilərik. Bu zaman beynimiz başa düşür ki, hər şey bizim nəzarətimizdədir. Meditasiya və bənzər məşğələlər də eyni effekti verir. Mən, əsasən, meditasiyadan istifadə edirəm və bununla çox böyük qayğıların öhdəsindən nisbətən daha asan gələ bilirəm.

  1. Fiziki aktivlik

Pandemiyanın ilk günlərində çox ağır depressiya yaşadım. Şəxsi həyatımda yaşadığım problemlər də gəldi karantinin üzərinə və aləm qarışdı bir birinə :)
Bu zaman bədənim sanki üsyan edərək özüm də fərqində olmadan məni qaçmağa məcbur etdi.

Bir iki inanılmaz həzzdən sonra, gündəlik rutinimə çevrildi.
Bu gəzintilər psixi sağlamlığımda inanılmaz dərəcədə müsbət dəyişikliyə yol açdı. İndi hətta idman zalına da gedirəm, lakin özünüzü bu qədər yükləməyə bilərsiniz.

Psixi sarsıntılar zamanı beynimizin, əsasən, arxa hissəsi daha çox keyiyir. Fiziki aktivlik ilə beyinin əhvalımıza cavabdeh olan hissələrinə daha çox qan axınını təmin etmiş oluruq. Eyni zamanda qanımıza eyforiya yaradacaq kimyəvi maddələr daxil olur.

  1. Sosial şəbəkələrdən sağlam istifadə

Facebookda, instagramda və s. heç bir şey paylaşmadan, şərh yazmadan sadəcə xəbər lentini aşağı sürüşdürürüsünüz. Və bu saatlarla davam edir. Tanış mənzərədir ?

Alimlərin müşahidələri göstərir ki, sosial şəbəkələrdən passiv istifadə edənlər (paylaşım etmədən və s.) aktiv istifadə edənlərə nisbətən daha çox depressiyaya meyillidirlər.
Həmçinin, sosial şəbəkələrdə gündə 3 saatdan az vaxt keçirən insanların psixi durumu 3 saatdan çox keçirənlərə nisbətən daha möhkəm olduğu qeyd olunur. Yəni sosial şəbəkələrdən gündəlik 3 saatdan artıq istifadə etmək tövsiyə olunmur.

  1. Sosiallaşmaq

67 milyonluq Britaniya əhalisinin 2.5 milyonu özünü tənha hiss edir.
Əgər Britaniyada durum belədirsə, keçmiş ilə müasir dövrün mentalitet ziddiyətini yaşayan Azərbaycan əhalisində durumun necə olduğunu təsəvvür etmək çətin deyil.

Mütəxəsislər iddia edir ki, xroniki ünsiyyət çatışmazlığı gündə 15 ədəd siqaret çəkmək qədər zərərlidir.

Özünü tənha hiss etmək zamanla müxtəlif psixi pozuntulara yol aça bilir. Bu haldan qaçmaq üçün mütamadi olaraq sosiallaşmaq ,digər insanlarla ünsiyyətdə olmalıyıq.
Lakin burada 2 məsələyə diqqət etmək lazımdır.

Özümüzlə  tək qalmaqdan (hansısa məsələ ilə üzləşməkdən) qorxduğumuz üçün ünsiyyətə qaçmamalıyıq.
Ünsiyyətdə olacağımız insanların sayı yox, ünsiyyətin keyfiyyəti önəmlidir.

Bu iki məqama diqqət etməklə sosiallaşmaq üçün müxtəlif üsulları sınamaq olar. Dərnəklərə yazılmaq, ictimai, sosial, mədəni tədbirlərə qatılmaq və.s.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma