Murad Məmmədov – Seçmə deyimlər (2-ci hissə)

1.) Ən böyük müharibəniz hisslərinizlə,
Silahınız isə məntiqiniz olmalıdır.

2.) Məntiqin olduğu yerdə, daha ciddi bir mövzu ola bilməz.

Murad Məmmədov – Seçmə deyimlər (2-ci hissə) oxumağa davam et

Uğur qazanmaq üçün iki önəmli addım

murad - mk seminarYadıma gəlir 2010-2011 ci illər idi. “Müstəqil Həyat” adlı tam olaraq nə iş gördüyünü bilmədiyim bir təşkilatdan, təlimdə iştirak etmək dəvəti almışdım. Təlim Azercellin 20 yanvardakı baş ofisində keçirilirdi. Təlimin mövzusu isə, “müştərilər ilə telefonda və birbaşa ünsiyyət” idi. Həyat hekayəmi bilənlər bilir ki, mən gəzməyə 15 yaşında başladığım üçün, günü bu gün də, Bakının özündə tanımadığım yerlər kifayət qədərdir. Çünkü cəmi 4-5 ildi şəhərdə aktiv şəkildə hərəkət etməyə, ictimai nəqliyyatdan istifadə və şəhəri tanımağa başlamışam. Uğur qazanmaq üçün iki önəmli addım oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (1-ci hissə)

1.) Milyonların olsa nə fayda? Daxilin əl açıb insanlıq dilənirsə.

2.) Yanmasanda, közərməyə davam et. Çünkü hər an külək başlaya bilər. Murad Məmmədov – Seçmə deyimlər (1-ci hissə) oxumağa davam et

İş tapmağı asanlaşdıran 4 qayda

iş tapmağı asanlaşdıran dörd qaydaDemək olar ki, hər zaman ən aktual olan mövzulardan biri “işsizlik” mövzusudur. Kimə baxırsan işsizlikdən şikayətlənir. Əslində səhv də deyillər, həqiqətən ölkədə iş tapmaq qəliz məsələdir. Tapılan işlərdə 250-350 arası maaş ilə olduğu üçün, heç tapılmamağa bərabərdir. Çünkü bu maaşın ən azı yarısı gündəlik yol və yemək pulu xərclərinə gedəcək, yerdə qalacaq 150-200 manat. Bakıda olan qiymətləri nəzərə alsaq,  qalan bu pula heç minimal təlabatlarıda ödəmək olmur. İş tapmağı asanlaşdıran 4 qayda oxumağa davam et

Dünyanın ən məhşur qısa metrajlı motivasiya filmi ilk dəfə Azərbaycan dilində – Video

kəpənəklər sirkiTəxminən bir il öncə internet portallarında dolaşarkən, gözümə bir video dəydi. Daxil olub izlədikdən sonra isə çox gözəl təsüratlar əldə etdim. Və düşündüm ki, bu filmi mütləq Azərbaycan dilinə ən azı subtitr ilə tərcümə edərək, daha çox insanın baxıb motivasiya almasına səbəb olmaq lazımdır. Beləliklə dünyaca məhşur motivator Nick Vujicicin ifasında “Kəpənəklər Sirki” adlı qısa metrajlı film. Hər kəsə xoş izləmələr. Dünyanın ən məhşur qısa metrajlı motivasiya filmi ilk dəfə Azərbaycan dilində – Video oxumağa davam et

15 ilimiz hara gedir ?

Bir dəfə təxminən gecə saat  iki radələri olardı, iki dostumla oturmuşduq kafedə söhbət edirdik, dostumun biri elə oturduğumuz kafenin sahibi idi. Söhbət əsnasında bəlli oldu ki, heç birimiz hazırda fəaliyyət göstərdiyimiz sahə üzrə təhsil almamışıq, amma hər üçümüz öz sahəmizdə cəmi bir neçə il pratiki olaraq çalışaraq öyrənməklə bu sahədə azdan çoxdan sözümüzü demiş adamlarıq.  15 ilimiz hara gedir ? oxumağa davam et

Pozitiv olmağın 6 qaydası

positive - 6 qaydaPozitiv Olmaq – Bəzən insanlar bunu xoşbəxtliklə səhv salırlar. Bəzən isə özünü aldatmaq heab edirlər.

Əslində isə pozitivlik bunların heç biri deyil, çünkü xoşbəxtlik fərdi anlayışdı, hər kəsi bir ayrı şey xoşbəxt edə bilər, və səni xoşbəxt edən birşey başqasını nə xoşbəxt edə bilər, nədə pozitiv. Pozitivlik özünü aldatmaqda deyil qətiyyən. Ona görə ki, hər bir çətnlikdə və ya xoşa gəlməz hadisədə, mütləq ki, dahada çətini ola bilərdi və ya yaşadığınız xoşa gəlməz hadisənin daha pisi ola bilərdi. Bilirəm indi hər hansısa bir Problemi olan oxucu ürəyində deyir ki, bundanda pisi ? bəli bundanda pisi! Əgər qarşılaşdığınız problemləri dünyanın sonu hesab edirsinizsə, deməli siz fiziki olmasada, düşüncə baxımından görmə məhdudiyyətlisiniz, ətrafa yaxşı baxa bilmirsiz.

Yaxşı bəs nədir pozitivlik ? Pozitiv olmağın 6 qaydası oxumağa davam et