Kateqoriya: Tədbirlər – Təlimlər
“2 manatla başlayan sosial biznes hekayəsi” Seminarı (20.10.2018)
20 oktyabr 2018 tarixində “Sosial Biznes Gənclər Mərkəzi (SBYC)”-nin təşkilatçılığı ilə sosial biznes mövzusunda keçirilən seminarda çıxışım reallaşdı. “2 manatla başlayan sosial biznes hekayəsi” Seminarı (20.10.2018) oxumağa davam et
Amerikaya niyə getmişdim və orada nələri öyrəndim ? + Fotolar
2-12 may 2018 tarixli amerika səfərimdən Bakıya qayıtdıqdan sonra, mənə ən çox ünvanlanan suallardan biri, Amerika səfərimin məqsədi və Amerika haqda nə düşündüyümdür. Amerikaya niyə getmişdim və orada nələri öyrəndim ? + Fotolar oxumağa davam et
Murad Məmmədovun həyat hekayəsi – “Bir günəş altında” interaktiv teatrı – VİDEO
09.03.2018 tarıxında uzun zamandır hazırlaşdığımız “Bir günəş altında” adlı tamaşasını nümayiş etdirdik. Tamaşada baş rolu ifa etdim və ssenari real həyat hekayəm üzərində qurulmuşdu.
Rejissorlar: Caryne Chapman Clark və Тарлан Расулов
Pyesin müəllifi Azərbaycanlı yazıçı Lalə Əliyeva-Kliçkovadır.
Layihə “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata hayata keçirildi.
Tədbir British Council Azerbaijan, Mədəniyyət və İncəsənət Universiteti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın SABAH Qrupu və Nizami Kino Mərkəzi ilə birlikdə reallaşdı.
Tamaşada tərəf müqabillərim Mədəniyyət və İncəsənət Universitetinin sabah qrupunda ooxuyan tələbələriydilər. Tamaşa bir neçə gün fasilələrlə, Gənc tamaşaçılar teardında, Nizami kino mərkəzində və Yarat muasir incəzənət mərkəzində nümayiş olundu və hər üç nümayiş anşlaqla keçdi.
VİDEO – Bakcell & British Council Azerbaijan – Əlilliyi olan şəxslərin işə düzəlməsi mövzusunda konfrans
Forum Teatrı
Forum Teatrı
Bu günlərdə British Council Azerbaijan və Mədəniyyət və İncəsənət Universitetinin birgə əməkdaşlığı ilə keçirilən forum teatrı layihəsində iştirak edirəm. Layihəyə aparıcı qismində qatılmağım planlansa da, məşğələlər zamanı aktorluqda pis getmir :) Qurucularından olduğum Əsa teatrından ayrıldıqdan sonra düşünməzdim ki, bir daha teatr sahəsindən yolum keçər. Amma forum teatrı həqiqətən o qədər maraqlıdır ki, düşünürəm özümü sınamaqda fayda var. Düşünürəm bu interaktiv teatr vasitəsi ilə cəmiyyətə gərəkli mesajları çatdıra biləcəyik. Layihənin gedişatı barədə yeni paylaşımlarım olacaq.
5 mart 2017 tarixində grow centerdə “Uğurun Xəritəsi” adlı motivasiya seminarım
5 mart 2017 tarixində grow centerdə “Uğurun Xəritəsi” adlı motivasiya çıxışım gerçəkləşdi. Qeyd etmək istəyirəm ki, tezliklə 5 fərqli mövzuda seminarlara start verəcəyik, mövzular və seminarlar barədə yaxın zamanda ətraflı məlumat veriləcək.
Foto: Narmin Jafarzadeh — в GROW Center.