Gənclər üçün jurnalistika təlimlərinə start verilib.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun dəstəyi və ” Elnaramedia “nın təşkilatçılığı ilə, “Məqsəd” adlı layhiə”yə start verilib.
Layhiə çərçivəsində 19-29 yaşlarında, əlilliyi olan gənclərə vətəndaş jurnalistikası bacarıqları aşılanacaq. Layhiə”nin məqsədi, ölkəmizdə əlilliyi olan gəncləri aktiv cəmiyyətə inteqrasiyasına dəstək olmaq və vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkmək, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir. Gənclər üçün jurnalistika təlimlərinə start verilib. oxumağa davam et

Advertisements

“Bizim üçün, bizsiz heçnə” tədbiri başa çatıb.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və British Council tərəfindən dəstəklənən “Bərabər və Məsuliyyətli Cəmiyyət üçün inklüziv qərarlar” (IDEAS) layhiəsi çərçivəsində Ukrayna”nın Kiev şəhərində 13-17 oktyabr tarixində  keçirilən “Bizim üçün bizsiz heçnə” təlimçilər üçün təlim tədbiri başa çatıb. Tədbirdə layhiə”nin Azərbaycan üzrə kordinatoru olan Səbina xanım Quliyeva da daxil olmaqla Azərbaycanı 12 nəfərlik işçi (Media,Qht və dövlət qurumları nümayəndələri) grupu təmsil etmişdir. Tədbirdə Azərbaycanla yanaşı Ukrayna,Gürcüstan və Ermənistan dövlətləri də iştirak etmişdir.
“Bizim üçün, bizsiz heçnə” tədbiri başa çatıb. oxumağa davam et

Toy gecəsinə gedən uzun incə bir yol

“Həri” Nişan, Xınayaxdı, Toy… Yəni həqiqətənmi bu qədər uzun bir prosesin baş verməsi mütləqdir ? məncə qəti şəkildə xeyir.

Bunların içindən ən məntiqsizlərini tən-tənə ilə keçirilən nişanı və istənilən formada olan xınayaxdını hesab edirəm.  Toy gecəsinə gedən uzun incə bir yol oxumağa davam et

Əlilliyi olan insanlara aşırı diqqət və qayğı yanlışdır

Xarici ölkələrdən birində olarkən, otelin aşağı mərtəbəsinə endim və uçuş saatımı dəqiqləşdirmək üçün səyahətimlə məşğul olan travel şirkətinin məlumat masasına yaxınlaşdım.

Məndən öndə 40-50 yaşlarında olan bir qadın vardı, bir müddət qadının məsələsinin həll olunmasını gözlədikdən sonra, gördüm işi uzanır, şirkət nümayəndəsinə dedim ki, olar bir sual verim və gedim, işim çox qısadır. Şirkət rəsmisi etiraz etməsədə, gördüm arvad ingilis dilində nəsə aqressiv şəkildə danışdı. İşçidən soruşanda ki, qadın nə deyir ? dedi ki, qadın deyir manim növbəmə daxil olmasın tələsirəm. Bu məsələ mənim həm xoşuma gəlmişdi həmdə acığıma :)
Əlilliyi olan insanlara aşırı diqqət və qayğı yanlışdır oxumağa davam et

Düşüncə insana verilmiş ən böyük cəzadır

Deyəsən Tanrı mənimdə bəlamı dərindən düşünmək qabiliyyətinə sahib olmaqla verib. Bilirəm indi bir çoxlarınız ürəyində deyir ki, “aa dəlidir”, “dediyi sözə bax”, “gör nə yaxşı qabiliyyətdi”, naşükürlük etmə falan filan.
Ama bu asan deyil axı, dərindən düşünmək özüdə hər kəsi və hər şeyi… Bəzən əyləndiyin zaman belə, ətrafda hər şey donur və sanki cəhənnəm əzabı başlayır. Düşüncə insana verilmiş ən böyük cəzadır oxumağa davam et

Robotlaşmış insanlar

Həyat bəzən çox qəribədir. Elə şeylər görürsən ki, istəyirsən hər şeyi bir kənara atıb gedəsən. İnsanlarla əlaqəli bütün hər şeydən əlaqəni kəsib bir başa təbiətlə əlaqəyə girəsən. İnsan ayağı dəyməyən yerlərə gedib, uzanasan torpağın üzərinə.
Çünkü hərdən elə gəlir ki, insanlar kordular, insanlar heçnə görmürlər. Tamam dünyada, dövlətdə və ən nəhayətində ailədə baş verənlər bu adamı belə formalaşdırıb, ama daha bu qədər də yox da. Robotlaşmış insanlar oxumağa davam et

Siz qoyun deyilsiz!

Səbəbi olmadan universitetə getmə. Səbəbi olmadan işləmə. Səbəbi olmadan kitab oxuma, səbəbi olmadan rəqsə getmə, şahmat klubuna getmə, yasa getmə, toya getmə. Səbəbsiz heçnə etmə. Etdiyin hər birşeyin sənin üçün hər hansı bir əhəmiyət kəsb edən səbəbi olmalıdır, etdiyin hər birşey sənin şəxsi istəyin olduğu üçün baş verməlidir. Yalnız öz məntiq çərçivənə uyğun olan işləri görməlisən. Siz qoyun deyilsiz! oxumağa davam et