10 ildir dəyişməyən qayda – Uşaqların əlilliklə bağlı mariflənməsi

10 ildir dəyişməyən qayda

1 ci şəkil:

Yanımdakı uşağın adı Hüseyndir.

5 yaşı var və qardaşım oğludur.

Hüseyn mənimlə tamamilə uşaqlıqdan ünsiyyətdə olduğu üçün artıq mənim əlilliyimə öyrəşib.

Onun mənim sayəmdə öyrəndikləri gələcəkdə başqa əlilliyi olan şəxslər üçün də faydalı olacaq.

10 ildir dəyişməyən qayda – Uşaqların əlilliklə bağlı mariflənməsi oxumağa davam et

Yuxuda gördüyüm müyəssərlik

Bu gün gecə çox qəribə yuxu görmüşəm

Görürəm Bakı şəhər icra hakimiyyəti, şəhər salma komitəsi və digər aidiyyatı qurumların nümayəndələri ilə eyni iclasdayam.

Yuxuda bu yoldaşlara deyirəm ki, “nə zamana qədər Bakı əlilliyi olan şəxslər üçün qeyri-müyəssər, sərbəst hərəkət üçün əlverişsiz şəhər olmağa davam edəcək ?”

Mənə qayıdıb nə desələr yaxşıdır?

Yuxuda gördüyüm müyəssərlik oxumağa davam et

Fiziki və ya seksual zorakılığa məruz qalan əlilliyi olan qadınlar əlilliyi olmayan qadınlara nisbətən 1,5 -10 dəfə daha çoxdur.

Fiziki və ya seksual zorakılığa məruz qalan əlilliyi olan qadınlar əlilliyi olmayan qadınlara nisbətən 1,5 -10 dəfə daha çoxdur.

Özü də bu zorakılığı edən onların ailə üzvləri və ya qəyyumlarıdır.

Bunu mən demirəm, məlumat 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında dərc edilib (link şərhdə).

Yazıda daha bir neçə maraqlı statistika var:

Fiziki və ya seksual zorakılığa məruz qalan əlilliyi olan qadınlar əlilliyi olmayan qadınlara nisbətən 1,5 -10 dəfə daha çoxdur. oxumağa davam et

Əlilliyi olanlara olmaz – Nazirlərə olar

Ötən ilin oktyabr ayında əsəbləşərək avtomobilimi satmaq qərarına gəldim.

Əsəbləşmək səbəblərindən biri də o idi ki, mən 3 il avtomobil idarə etdim, amma bu 3 il ərzində avtomobilimi saxlamağa əlilliyi olan şəxslər üçün qanun ilə tələb olunan bir dənə də olsun yerüstü avtodayanacaq tapa bilmədim.⠀

Əlilliyi olanlara olmaz – Nazirlərə olar oxumağa davam et

İradəni gücləndirməyin 10 qaydası

Nə zaman ki, insanlarla istəklərindən, planlarından söhbət edirəm, diqqət edirəm ki, əksəriyyəti bu istəklərini reallaşdırmaq üçün, iradə güclərinin azlığından şikayətlənirlər.

Bəs ümumiyyətlə güclü iradəyə sahib olsaq nə ola bilər ?

  • Başlatdığımız fəaliyyətləri yarıda burxamyaraq, müsbət nəticə əldə edənə qədər davam etdirə bilərik. (nəticədə sosial, iqdisadi uğurlar qazanmaq və.s mümkündür).
  • Öyrəşdiyimiz, lakin bizi sevməkdən daha çox incidən insanları özümüzdən uzaqlaşdıra bilərik.
  • Lazımı qədər kilo atıb fit bədənə sahib ola bilərik.

    Yuxarıdakıları etməyimizə əsasən iradəmizin yüksək səviyyədə olmamağı mane olur. Yəni, ya başlamağa, ya davam etdirməyə, ya da sona çatdırmağa iradəmiz çatmır.

    Bütün bunları nəzərə alaraq, iradəni gücləndirməyin qaydasına dair effektiv bir məqaləni sizlər üçün tərcümə etmək qərara gəldim. Yazıda qeyd edilən bir çox qaydanı özüm də real həyatda istifadə edirəm. Zatənn buna görə hazırda şəxsi bloqumda bu yazını oxuyursunuz :)

İradəni gücləndirməyin 10 qaydası:

İradəni gücləndirməyin 10 qaydası oxumağa davam et