İki manatlıq insanlığı olmayanlar

Bu günlərdə işdən çıxandan sonra getdim dostlarımla görüşməyə. Biraz vaxt keçirdikdən sonra evə getmək üçün yenidən 28 maya qayıtmalı idim, çünkü Bakı Metropoliteninin rəhbərliyinin düşüncəsizliyi sayəsində şəhərin mərkəzi metro stansiyalarından istifadə edə bilmirəm. Səbəb isə odur ki, demək olarki bütün mərkəzi metro stansiyalarında pilləkan və ya lift yoxdur, yalnız eskalatordu. iki çəliklə isə eskalatordan istifadə etmək mənim üçün mümkünsüzdür. İki manatlıq insanlığı olmayanlar oxumağa davam et

Reabilitasiya mərkəzlərində motivasiya seminarı

reabilitasiya mərkəzində seminar 1Daha öncədən də bildirdiyim kimi, artıq 3 ildir ki, Azərbaycanda Avropa komissiyası tərəfindən maliyyələşdirilən və “British Council Azerbaijan” təşkilatı tərəfindən həyata keçirilən “Bərabər və məhsuliyyətli cəmiyyət üçün inkluziv qərarlar” adlı layhiə həyata keçirilir. Layhiənin artıq sonuncu ili olmasına baxmayaraq layhiə çərçivəsində hələdə bir sıra tədbirlər keçirilməyə davam edir. Reabilitasiya mərkəzlərində motivasiya seminarı oxumağa davam et

Qucaqlaşmaqdan qorxan cəmiyyət

O günlərdə oturmuşam günü-gündən çiçəklənən, əslində isə günü-gündən mərmərləşən şəhərimizin fəvvarələr meydanında, birdə gördüm orta yaşlı bir xanım, yanında da bir neçə gənc qız, yaxınlaşdılar mənim yanımda oturan bir qadına və aralarında belə bir dialoq yaşandı:
Qucaqlaşmaqdan qorxan cəmiyyət oxumağa davam et

Mədəniyyət Sizsiniz

Xalqlarda 30 nömrəli avtobusa minmişdim, 28 maya gedirdim. Yolun yarısını getmşdik ki, bir də gördüm avtobus da vay şüvən başlayıb. Məsələnin əvvəlində fikirim haralarda olubsa, hiss etdim ki, söhbətə fransızam, yəni səbəbin nə olduğunu başa düşmürəm, amma babat səs küy var. Birinci elə bildim yenə dövlətə, sistemə və ən nəhayyətində nəqliyyat nazirliyinə etiraz edə bilməyənlər, intervalla bağlı sürücünü qaralayıblar, sonra gördüm yo bu səfər başqa məsələdi. Sən demə bir orta yaşlı qadın, oturacaqda oturan cavan bir qızın başının üzərində xeyli dayanmasına baxmayaraq, bu cavan xanım qız o qadına yer verməyib və nəticədə orta yaşlı qadın başlayıb neyi var təhqirlərə, elə bil avtobus bu xalanındı qızda pulu olmadığı üçün avtobusdan nisyə istifadə edən sərnişin. Nəysə bu xala hətta yer tapıb oturmasına baxmayaraq səsküyünü davam etdirdi, çox ağır təhqirlər səsləndirdi, bütün avtobusda qadını sakitləşdirə bilmirdi. Sonra nəhayət bu qadın enəcəyi yerə çatdı və düşüb getdi, başımız dincəldi. Mədəniyyət Sizsiniz oxumağa davam et

Azərbaycan Universiteti – Motivasiya seminarı

Azərbaycan Universiteti - Motivasiya təlimi 1Dünən (04.04.2015) Azərbaycan Universiteti”ndə sosial iş kafedrasının sosial iş ixtisası üzrə təhsil alan tələbələri qarşısında özünə inam mövzusunda motivasia təlimi ilə çıxışım gerçəkləşmişdir.

Tədbir qrup daxilində yaradılmış “Empatiya klub”nun fəaliyyətə başlaması çərçivəsində baş tutmuşdur. Azərbaycan Universiteti – Motivasiya seminarı oxumağa davam et

Seksdə daha önəmli şeylər var.

seksde onemli sheyler varTəxminən iki il öncə tez-tez görşdüyüm və sevgi münasibətində olduğum bir xanım vardı. Xanımın heç bir əlilliyi yox idi, nə zaman harasa birlikdə getsək, məndən utanırdılar soruşmağa, qızdan soruşurdular ki, oğlan nəyindi? Sevgilindi? ) Bu adətən birlikdə geyim falan almağa gedəndə baş verirdi. Satici özünü yaxın hiss edən kimi belə bir sual verirdi, doğrudu hər dəfəsində olmasa da, az sayda da olmurdu.
Seksdə daha önəmli şeylər var. oxumağa davam et

Əlilliyi olan şəxsə yardım etmək sürücünün işi deyil?! – VİDEO

Son günlərin ən aktual mövzularından biri də, 65 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücülərindən birinin əlil arabası istifadə edən fiziki məhdudiyyətli şəxsə yardım etməkdən imtina etməsi və səhərsi günü də bu hərəkətinə görə işdən qovulması oldu. Əlilliyi olan şəxsə yardım etmək sürücünün işi deyil?! – VİDEO oxumağa davam et