Sankt Peterburqa niyə getmişdim ? Foto + Ətraflı məlumat

Artıq ikinci ildir ki, yay mövsümündə 10 günlük “We can do it” (Biz bacararıq) layihəsində iştirak üçün, Rusiyaya səfər edirəm. Yox layihə sırf Rusiyada keçirilməsi üçün yaradılmayıb, artıq 10 ildir ki, hər il müxtəlif ölkələrdə gerçəkləşən bu layihənin sadəcə son iki ili belə alınıb ki, bu ölkədə həyata keçirilir. Əslində bu il bu layhiənin Azərbaycanda keçirilməsi məndən, daha dəqiq desək isə fəaliyyət göstərdiyim “Müstəqil Həyat” təşkilatından aslı idi, sadəcə işlərimizin çox olması ilə əlaqədar buna vaxt ayıra bilmədik, görək gələn il necə olur. Sankt Peterburqa niyə getmişdim ? Foto + Ətraflı məlumat oxumağa davam et

Tətil günlərini maraqlı keçirmək üçün 6 ideya.

Uzun müddət xatirələrdən silinməyəcək 2015 getdi və nəhayət 2016 gəldi. Yeni iliniz mübarək olsun, hər kəsi təbrik edirəm. Yeni il gəlişi ilə, gətirdiyi ilk suallardan biri bu oldu ki, “Tətil günlərini necə keçirim?” Çünkü hələ qarşıda bizi 3-4 günlük qeyri iş və təhsil günləri gözləyir, bu günləri isə boşa verib adi günlər kimi keçirməmək daha yaxşı olar. Həmçinin əgər biz işləyir və ya təhsil alırıqsa, tətil günlərini digər günlərdən fərqləndirmək mütləq lazımdır, yoxsa etdiyimiz şeylərin bir mənası qalmaz. İlk növbədə onu qeyd eləmək  lazımdır ki, tətil gününü keçirmək, həm də sizin münasibət statusunuzdan da aslı olaraq dəyişə bilər. Ona görə də, çalışacam siyahıda hamının münasibət durumuna aid seçimlər olsun, yəni həm evli həm sevgilisi olan həmdə heç biri olmayan şəxslər üçün. Tətil günlərini maraqlı keçirmək üçün 6 ideya. oxumağa davam et