Ağlayan təlxək

O hər zaman insanları güldürəndə, özünün həqiqətən nə zaman ürəkdən güləcəyini düşünürdü. İnsanlar elə bilirdilər o heç zaman üzülmür, axı onu hər zaman gülüb güldürən görmüşdülər. Hər kəs elə bilirdi ki, o əbədi xoşbəxtdir. Lakin anlamırdılar ki, yoxdur əbədi xoşbəxtlik, həyat hisslərlə məntiqin balansını qorumaq uğurunda aparılan mübarizədən ibarətdir. Bir gün bu balansı qoruya biləndə bu tarazlığı saxlaya biləndə xoşbəxt olacaqsan, sabahsı gün birinin fazini biraz çoxaldanda böyük bir boşluq hiss edəcəksən. O bunu anlata bilmirdi insanlara, ona görə də onlara yalnız gülüş bəxş edirdi, düşünürdü ki, onlar onsuzda həqiqətin nə olduunu bilməyəcəklər, çünkü o özüdə həqiqətin nə olduğunu bilməmişdi, o özü də çatmamışdı nirvanaya. Amma o gülüşün gücündən xəbərdar idi, buna görə də bacardıqca insanları güldürməyə çalışırdı. Ağlayan təlxək oxumağa davam et