Bank of Baku Etiket Arxivləri:

Banka zəng edən müştərilərdə diqqət etdiyim 4 xüsusiyyət – Real hadisələr

Bu günlərdə “Bank of Baku”nun məlumat mərkəzində bir il ərzində 12.239 müştəri zəngini cavablamağım haqda facebookda paylaşım etmişdim. Hə rəqəm sizə çox görünə bilər, lakin inanın ki, bəzi əməkdaşlarımız bir il ərzində bundan da çox zəngi cavablandırır. Qaynar xəttə çalışmaq çox çətin bir işdir, təsəvvür edin bəzən bir günə 100 dən çox zəngi cavablamalı olursunuz. Və bir də təsəvvür edin ki, bu müştərilərin içində bəziləri çox danışan olur və müştəri sağollaşmasa sən dəstəyi yerə qoya bilməzsən.Bir müştəri bir saatda eyni sualı fərqli fərqli cümlələrlə versə belə sən hər dəfəsində o sualı cavablandırmalısan, özü də sakit və təmkinli şəkildə. Bu bir il ərzində müştərilərlə birlikdə həm gülüm, həm üzüldüm həm də çox təəcümləndim.

Oxumağa davam et

Advertisements

“Bank of Baku”da çalışmağımın 1 ili tamam oldu! – Bu necə baş verdi ?

Mükəmməlliyin pik nöqtəsi yoxdur, insan daima özünü inkişaf etdirməlidir.

meydan oxu - təlimÖtən ilin sonlarına yaxın uzun illərdir fəaliyyət göstərdiyim “Müstəqil Həyat” təşkilatının rəhbəri Aydın Xəlilov mənə bildirdi ki, “Bank of Baku”nun “Məhdudiyyətlərə Meydan Oxu” adlı layihəsi başlayacaq və hər mövzu bir həftə davam etməklə dörd mövzuda təlimlər keçiriləcək üstəlik bizim təşkilat da layihənin tərəfdaşlarından biri olacaq və mənim layihədə iştirak edib etmək istəmədiyimi soruşdu. Mən də insan hər nə qədər uğur qazansa belə daima özünü inkişaf etdirməyə davam etməli olduğunu düşündüyüm və bildiyim üçün iştirak etmək istədiyimi bildirdim. Beləcə təlimlərə başladım. Yaşadığım ərazi “Yeni Günəşli” olmasına və təlimlərin keçiriləcəyi məkanın yaşadığım evdən kilometrlərcə uzaqda olamsına baxmayaraq, küləkli yağışlı havada 2 avtobus dəyişərək hər gün təlimlərə gedirdim. Oxumağa davam et

Uğur qazanmaq üçün iki önəmli addım

murad - mk seminarYadıma gəlir 2010-2011 ci illər idi. “Müstəqil Həyat” adlı tam olaraq nə iş gördüyünü bilmədiyim bir təşkilatdan, təlimdə iştirak etmək dəvəti almışdım. Təlim Azercellin 20 yanvardakı baş ofisində keçirilirdi. Təlimin mövzusu isə, “müştərilər ilə telefonda və birbaşa ünsiyyət” idi. Həyat hekayəmi bilənlər bilir ki, mən gəzməyə 15 yaşında başladığım üçün, günü bu gün də, Bakının özündə tanımadığım yerlər kifayət qədərdir. Çünkü cəmi 4-5 ildi şəhərdə aktiv şəkildə hərəkət etməyə, ictimai nəqliyyatdan istifadə və şəhəri tanımağa başlamışam. Oxumağa davam et

Bankf of Baku 37 nəfərin başına nə oyun açdı ?

12065715_1054729701244661_8927887341085359710_nBu günlərdə başa çatan layhiə ilə Bank of Baku bir sıra şirkətlərin ağlına belə gəlməyəcək bir ilkə imza atdı. Belə ki, “Məhdudiyyətlərə meydan oxu” adlı layhiə ölkəyə və xüsusəndə əlilliyi olan şəxslərə böyük bir töhvə verdi. Oxumağa davam et