Övladlarımızı necə tərbiyyə edirik?

Ölkəmizdə insanlar bir çox məqamlara həyatlarında xüsusi önəm verir və özlərinin ən önəmli missiyalarından biri hesab edirlər. Bunlardan biri də tərbiyyədir.  Bizim insanımız sevir özünün, övladının və ya digər bir yaxınının tərbiyyəsi haqda uzun uzadı dnaışmağı, qurrələnməyi, fəxr etməyi.

Övladlarımızı necə tərbiyyə edirik? oxumağa davam et

Advertisements

Mədəniyyət Sizsiniz

Xalqlarda 30 nömrəli avtobusa minmişdim, 28 maya gedirdim. Yolun yarısını getmşdik ki, bir də gördüm avtobus da vay şüvən başlayıb. Məsələnin əvvəlində fikirim haralarda olubsa, hiss etdim ki, söhbətə fransızam, yəni səbəbin nə olduğunu başa düşmürəm, amma babat səs küy var. Birinci elə bildim yenə dövlətə, sistemə və ən nəhayyətində nəqliyyat nazirliyinə etiraz edə bilməyənlər, intervalla bağlı sürücünü qaralayıblar, sonra gördüm yo bu səfər başqa məsələdi. Sən demə bir orta yaşlı qadın, oturacaqda oturan cavan bir qızın başının üzərində xeyli dayanmasına baxmayaraq, bu cavan xanım qız o qadına yer verməyib və nəticədə orta yaşlı qadın başlayıb neyi var təhqirlərə, elə bil avtobus bu xalanındı qızda pulu olmadığı üçün avtobusdan nisyə istifadə edən sərnişin. Nəysə bu xala hətta yer tapıb oturmasına baxmayaraq səsküyünü davam etdirdi, çox ağır təhqirlər səsləndirdi, bütün avtobusda qadını sakitləşdirə bilmirdi. Sonra nəhayət bu qadın enəcəyi yerə çatdı və düşüb getdi, başımız dincəldi. Mədəniyyət Sizsiniz oxumağa davam et