Özünüzə yaxşı baxın, qalxıram mən səmaya.

Odur verən ruhuma güc, o güclə qalxıram səmaya. Səmaya qalxan ruhum gətirəcək oradan hər kəsin istəyini, çünki bütün insanların istəyi ucalır səmaya.

O getdi, qaldım, qaldım mən burada, onun ardınca qalxıram səmaya. Yox, ölmədi o, bu dünyadadır, onunla o biri dünyada qovuşmaq üçün qalxıram səmaya. Özünüzə yaxşı baxın, qalxıram mən səmaya. oxumağa davam et

Təxminlərimin yəqinisən

Ola bilər ki, mən gəzərkən əllərim gəzdiyim çəlikləri tutmaqla məşğul olduğuna görə sənin əllərindən tuta bilmirəm, amma bil ki, qəlbimlə qəlbinə zəncirləndiyimsən. Ola bilər ki, içimdən gəldiyi bir halda səni qucağıma alıb şəhərin mərkəzində sağa-sola qaça bilmirəm, amma bil ki, ruhum səninlə qaçdı-tutdu oynayar, ən böyük əyləncəmsən.

Təxminlərimin yəqinisən oxumağa davam et