Həyata baxışınızı dəyişəcək 5 film (özüm də izləmişəm)

Son günlər əksəriyyətimizin evdə olmasını nəzərə alaraq sizlərə həyata dair düşüncələrimizi və baxışımızı dəyişə biləcək 5 film tövsiyyə edirəm. Qeyd edim ki siyahı internetdən götürülmüş hazır siyahı deyil. Siyahılar içərisindən özüm izləyib, digərləri üçün də faydalı olacağını hesab edərək seçdiyim filmlərdir. Filmlərin əksəriyyəti realhadisələrə əsaslanır.

Filmləri ingiliscə original dildə internetdə tapmaq asandır deyə, Yalnız Türk və Rus dilində izləyə biləcəyiniz keçidləri əlavə edirəm. Hər birinizə xoş seyirlər arzu edirəm.

Həyata baxışınızı dəyişəcək 5 film (özüm də izləmişəm) oxumağa davam et

Hər şeyi nə üçün edirik ? – Fərdi inkişaf

Bir dəfə qız dostumla 28 mayda skamyada oturub söhbət edirdik.
O məndən soruşdu ki: ” Heç maraqlanmısan mualicə, əməliyyat yolu ilə daha yaxşı gəzə biləcəyin haqda?” Hər şeyi nə üçün edirik ? – Fərdi inkişaf oxumağa davam et

Yaşlı qadınla dialoqum.

Məhəlləmizdə bir yaşlı qadın var. Bakı abadlıq idarəsində işləyir. Övladı xəstədir və qadın övladını o qədər çox istəyir ki, ona daha yaxşı qulluq edə bilmək və şərait yaratmaq üçün, əlavə ödənişli təmizlik xidmətləri görür.
Qadını adətən küçədə görür salamlaşırdıq. O günki dialoqa qədər.

Yaşlı qadınla dialoqum. oxumağa davam et

AZAD YAŞAMAĞIN 3 ÜSULU (Sınaqdan keçirilib)

Azad olmaq – Bu insanın ruhunda var, çünkü insan azad olmaq üçün yaradılıb. Buna görə də daima azadlığa və müstəqilliyə can atır. Bəzən azad olmayan, tabeçilikdə, əsarətdə yaşayan birini görürsən və hər halından hiss edirsən ki, üzüntü içindədir. Hətta o şəxs özü üzüntüsünün səbəbini bilməsə də, sirr deyil ki,  üzülməsinə səbəb onun azadlığa can atan lakin əsarətdə yaşayan ruhudur. İnsan şuuru bunun fərqinə varmasa belə ruhu daima bunun fərqindədir, nəticədə insan azad olmadığı üçün fərqində olmasa belə üzülür.

AZAD YAŞAMAĞIN 3 ÜSULU (Sınaqdan keçirilib) oxumağa davam et

İş tapmağı asanlaşdıran 4 qayda

iş tapmağı asanlaşdıran dörd qaydaDemək olar ki, hər zaman ən aktual olan mövzulardan biri “işsizlik” mövzusudur. Kimə baxırsan işsizlikdən şikayətlənir. Əslində səhv də deyillər, həqiqətən ölkədə iş tapmaq qəliz məsələdir. Tapılan işlərdə 250-350 arası maaş ilə olduğu üçün, heç tapılmamağa bərabərdir. Çünkü bu maaşın ən azı yarısı gündəlik yol və yemək pulu xərclərinə gedəcək, yerdə qalacaq 150-200 manat. Bakıda olan qiymətləri nəzərə alsaq,  qalan bu pula heç minimal təlabatlarıda ödəmək olmur. İş tapmağı asanlaşdıran 4 qayda oxumağa davam et