Sankt Peterburqa niyə getmişdim ? Foto + Ətraflı məlumat

Artıq ikinci ildir ki, yay mövsümündə 10 günlük “We can do it” (Biz bacararıq) layihəsində iştirak üçün, Rusiyaya səfər edirəm. Yox layihə sırf Rusiyada keçirilməsi üçün yaradılmayıb, artıq 10 ildir ki, hər il müxtəlif ölkələrdə gerçəkləşən bu layihənin sadəcə son iki ili belə alınıb ki, bu ölkədə həyata keçirilir. Əslində bu il bu layhiənin Azərbaycanda keçirilməsi məndən, daha dəqiq desək isə fəaliyyət göstərdiyim “Müstəqil Həyat” təşkilatından aslı idi, sadəcə işlərimizin çox olması ilə əlaqədar buna vaxt ayıra bilmədik, görək gələn il necə olur. Sankt Peterburqa niyə getmişdim ? Foto + Ətraflı məlumat oxumağa davam et

Gənclər üçün jurnalistika təlimlərinə start verilib.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun dəstəyi və ” Elnaramedia “nın təşkilatçılığı ilə, “Məqsəd” adlı layhiə”yə start verilib.
Layhiə çərçivəsində 19-29 yaşlarında, əlilliyi olan gənclərə vətəndaş jurnalistikası bacarıqları aşılanacaq. Layhiə”nin məqsədi, ölkəmizdə əlilliyi olan gəncləri aktiv cəmiyyətə inteqrasiyasına dəstək olmaq və vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkmək, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir. Gənclər üçün jurnalistika təlimlərinə start verilib. oxumağa davam et

Gənclərin psixalogiyasını korlayan yaşlılar

Son zamanlar məndə əhvalımı yüksəldən bir vərdiş yaranıb, kiminləsə 1-2 saniyədən çox göz-gözə gəlirəmsə ona gülümsəyirəm və əksər hallarda qarşı tərəfdə buna eyni qarşılıq verir və beləcə bir-birimizə təbəssüm hədiyyə etmiş oluruq. O gün də belə oldu, şəhərin mərkəzində skamyada oturmuşdum, bir xanımla qarşılıqlı təbəssümdən sonra yanımda əyləşmək üçün icazə istədi. Gənclərin psixalogiyasını korlayan yaşlılar oxumağa davam et