hedefe chatmaq Etiket Arxivləri:

AYAQLARINIZ OLMASAYDI QAÇA BİLƏRDİNİZ ?

Məncə bu şəoscarxsi tanımayan insan onun ayaqlarını itirməsindən daha çox şey itirib. Oskar Pistorius 22 noyabr  1986-ci ildə Cənubi Afrikanın Johannesburg regionunda dünyaya gəlib. Doğulduğu andan etibarən, heç müəyyən yaşa çatmadan öncə artıq onun çətinlikləri başlayıb. Oskarın hər iki ayağında topuq sümükləri yox idi. Amma o da bu həyat yolunu mübarizə apararaq, uğurlara nail olmuşlar kimi yaşamağa başlayıb. Dünyaya gələndən topuq sümükləri olmadığı üçün on bir yaşında hər iki ayağı dizdən bir qədər aşağı hissədən amputasiya olunaraq kəsilir. Bu səbəbdən onun yaşadığı həyat mənə çox da yad deyil. Onun hansı çətinliklərlə və problemlərlə rastlaşdığını təsəvvür etmək heç də çətin deyil. Oskar Pistorius heç vaxt həyat qarşısında təslim olmaq niyyətində olmayıb. Yaşıdları kimi o da adi məktəbə gedib, qaçış və reqbi kimi idman növləri ilə fəal şəkildə məşğul olmağa başlayıb. O hətta idmanla daha sıx məşğul olmaq üçün universitet dərslərinə gec-gec qoşulurdu. Başlanğıcda ayaqlarının olmayan hissəsini əvəzləmək üçün protezlərdən istifadə edirdi. Sonradan idmanın qaçış növü ilə peşəkar məşğul olmağa başlaması səbəbindən ayaqlarının olmayan hissəsini əvəzləmək üçün protezə bənzər dəmir qurğu hazırlatdırır. Bu qurğu vasitəsi ilə o qaçış üzrə heç də digər marafonçulardan geri qalmırdı. Oxumağa davam et

Advertisements