SEKS SEVƏN ÖKÜZLƏR.

seks sevən öküzlərİlk başdan onları dərhal fərqləndirmk olmur. Digər oğlanlar kimi, geyinirlər qidalanırlar və sairə. Çünkü bu öküzlük onların daxilində olur, xairci əlamətlərindən dərhal seçmək olmur. Çox az halda bunu əvvəlcədən bilmək olur. Onların bu öküzlüyü qadınla münasibət zamanı ortaya çıxır və münasibətin cəmi bir neçə ayından sonra özünü tam olaraq bəlli edir. SEKS SEVƏN ÖKÜZLƏR. oxumağa davam et

Azərbaycanda insanları niyə dilənçi hesab edirlər ?

Azerbaijan - BakuBu hadisəni mən ilk dəfə eşidəndə utandığımdan “yerin dibinə girmişdim”. Həqiqətən deməyə söz tapmırdım, yalandan təsəlli verməyə çalışırdım, bir də onun dediklərini təsdiqləyirdim. Azərbaycanda insanları niyə dilənçi hesab edirlər ? oxumağa davam et

Qucaqlaşmaqdan qorxan cəmiyyət

O günlərdə oturmuşam günü-gündən çiçəklənən, əslində isə günü-gündən mərmərləşən şəhərimizin fəvvarələr meydanında, birdə gördüm orta yaşlı bir xanım, yanında da bir neçə gənc qız, yaxınlaşdılar mənim yanımda oturan bir qadına və aralarında belə bir dialoq yaşandı:
Qucaqlaşmaqdan qorxan cəmiyyət oxumağa davam et

Mədəniyyət Sizsiniz

Xalqlarda 30 nömrəli avtobusa minmişdim, 28 maya gedirdim. Yolun yarısını getmşdik ki, bir də gördüm avtobus da vay şüvən başlayıb. Məsələnin əvvəlində fikirim haralarda olubsa, hiss etdim ki, söhbətə fransızam, yəni səbəbin nə olduğunu başa düşmürəm, amma babat səs küy var. Birinci elə bildim yenə dövlətə, sistemə və ən nəhayyətində nəqliyyat nazirliyinə etiraz edə bilməyənlər, intervalla bağlı sürücünü qaralayıblar, sonra gördüm yo bu səfər başqa məsələdi. Sən demə bir orta yaşlı qadın, oturacaqda oturan cavan bir qızın başının üzərində xeyli dayanmasına baxmayaraq, bu cavan xanım qız o qadına yer verməyib və nəticədə orta yaşlı qadın başlayıb neyi var təhqirlərə, elə bil avtobus bu xalanındı qızda pulu olmadığı üçün avtobusdan nisyə istifadə edən sərnişin. Nəysə bu xala hətta yer tapıb oturmasına baxmayaraq səsküyünü davam etdirdi, çox ağır təhqirlər səsləndirdi, bütün avtobusda qadını sakitləşdirə bilmirdi. Sonra nəhayət bu qadın enəcəyi yerə çatdı və düşüb getdi, başımız dincəldi. Mədəniyyət Sizsiniz oxumağa davam et

Seksdə daha önəmli şeylər var.

seksde onemli sheyler varTəxminən iki il öncə tez-tez görşdüyüm və sevgi münasibətində olduğum bir xanım vardı. Xanımın heç bir əlilliyi yox idi, nə zaman harasa birlikdə getsək, məndən utanırdılar soruşmağa, qızdan soruşurdular ki, oğlan nəyindi? Sevgilindi? ) Bu adətən birlikdə geyim falan almağa gedəndə baş verirdi. Satici özünü yaxın hiss edən kimi belə bir sual verirdi, doğrudu hər dəfəsində olmasa da, az sayda da olmurdu.
Seksdə daha önəmli şeylər var. oxumağa davam et

Cəmiyyətin kuklası olmayın.

Bir dəfə bir yaxınımla Bakı kəndərindən birində keçirilən “sünnət toyu”na gedirdik. Palatkaya çatmağa az qalmışdı ki, yaxınım dedi sırqanı çıxart, yaxşı deyil, Bakı kəndidi.  Mən o yaxınıma baxdım və gülümsədim, amma sırqanı çıxarmadım. Sonra biz toya daxil olduq, gözlədiyim kimi toy normal keçdi, sirqaya görə diqqətlə baxan da oldu, normal yanaşanda və ümumiyyətlə baxmayanlar da :) Yəni adi günlərdə olduğu kimi, qeyri adi bir hadisə yaşanmadı. Amma bu hadisə də mən “mən” olaraq qaldım, başqaları nə düşünər deyə başqasının hüququnu pozmayan öz şəxsi seçimimdən müvəqqəti olsa da vazgeçmədim. Cəmiyyətin kuklası olmayın. oxumağa davam et

Heç kəs müqsəddəs deyil

Bir qız dostum var idi, gəzən ölüdən fərqlənmirdi. Həmişə onunla görüşəndə və ya telefonla danışanda əhvalının yaxşı olmadığını hiss ediridm, elə bil ona heçnə maraqlı gəlmirdi. Mən bunun səbəbini biımək istəyirdim, və elə bir gün gəldi ki, o başladı mənə danışmağa.
O mənə illər öncə həyatında baş verən bir hadisəni danışdı və bu hadisədə bir başa özünün günahkar hesab etdiyini dedi, buna görədə heç vaxtı özünü bağışlaya bilmədiyini söylədi.
Mən artıq onun niyə hər zaman əhvalının  pis olduğunu və hər şeyin ona niyə maraqsız gəldiyinin səbəbini anlamışdım, səbəb onun özünü bağışlamaması idi. Heç kəs müqsəddəs deyil oxumağa davam et