Canlı konsertdə biyabırçılıq!

Bu gün Heydər Əliyev adına respublika sarayında 3 dekabr beynəlxalq əlillər günü münasibəti ilə konsert proqramı təşkil olunmuşdu. Elə konsertin əvvəindən gördüm ki, əlilliyi olan insanları təsfir edərkən kifayət qədər böyük yanlışlara yol verirlər, ama düşündüm ki,
əşi hər zamankı səhvlərdidə eybi yoxdu.
Canlı konsertdə biyabırçılıq! oxumağa davam et

Çay evində işləyən qızlar.

O gün ərazisinə görə məhşur olan çay evlərindən birindəydim. Gec saatlara qədər işləmək üçün kompyuterimidə özümlə götürmüşdüm.  Uzun müddət işlərim,  gecə saat  dördə işləyirdi, dedilər ki, məkan bağlanır və yeganə müştəridə mən idim. Məndən başqa orada çalışan bir xanım və bəy qalmışdı, hesabı ödəyib qapıdan çıxmışdım ki, xanım soruşdu taksi var ? yoxdu, piyada gedəcəyimi söylədikdə, dedi hansı tərəfə gedirsən ?
dedim burada yaxınlıqdakı flian yerə, (işləməyə davam etmək üçün başqa açıq bir kafeyə gedirdim) dedi gözlə bizim arxamızca taksi gəlir birlikdə gedərik.  Nə isə taksini gözlədik gəldi və mindik taksiə, enəcəyim yerə çatdıqda isə xanım söylədi ki, “neynirsən ora bura gedirsən, bağlı olar qalarsan bayırda, gəl gedəcəyin yerə qədər ötürək səni” dedim yox, işimi davam etməliyəm və sağollaşaraq endim maşından. Çay evində işləyən qızlar. oxumağa davam et

Əlilliyi olan insanlara aşırı diqqət və qayğı yanlışdır

Xarici ölkələrdən birində olarkən, otelin aşağı mərtəbəsinə endim və uçuş saatımı dəqiqləşdirmək üçün səyahətimlə məşğul olan travel şirkətinin məlumat masasına yaxınlaşdım.

Məndən öndə 40-50 yaşlarında olan bir qadın vardı, bir müddət qadının məsələsinin həll olunmasını gözlədikdən sonra, gördüm işi uzanır, şirkət nümayəndəsinə dedim ki, olar bir sual verim və gedim, işim çox qısadır. Şirkət rəsmisi etiraz etməsədə, gördüm arvad ingilis dilində nəsə aqressiv şəkildə danışdı. İşçidən soruşanda ki, qadın nə deyir ? dedi ki, qadın deyir manim növbəmə daxil olmasın tələsirəm. Bu məsələ mənim həm xoşuma gəlmişdi həmdə acığıma :)
Əlilliyi olan insanlara aşırı diqqət və qayğı yanlışdır oxumağa davam et

Düşüncə insana verilmiş ən böyük cəzadır

Deyəsən Tanrı mənimdə bəlamı dərindən düşünmək qabiliyyətinə sahib olmaqla verib. Bilirəm indi bir çoxlarınız ürəyində deyir ki, “aa dəlidir”, “dediyi sözə bax”, “gör nə yaxşı qabiliyyətdi”, naşükürlük etmə falan filan.
Ama bu asan deyil axı, dərindən düşünmək özüdə hər kəsi və hər şeyi… Bəzən əyləndiyin zaman belə, ətrafda hər şey donur və sanki cəhənnəm əzabı başlayır. Düşüncə insana verilmiş ən böyük cəzadır oxumağa davam et

Robotlaşmış insanlar

Həyat bəzən çox qəribədir. Elə şeylər görürsən ki, istəyirsən hər şeyi bir kənara atıb gedəsən. İnsanlarla əlaqəli bütün hər şeydən əlaqəni kəsib bir başa təbiətlə əlaqəyə girəsən. İnsan ayağı dəyməyən yerlərə gedib, uzanasan torpağın üzərinə.
Çünkü hərdən elə gəlir ki, insanlar kordular, insanlar heçnə görmürlər. Tamam dünyada, dövlətdə və ən nəhayətində ailədə baş verənlər bu adamı belə formalaşdırıb, ama daha bu qədər də yox da. Robotlaşmış insanlar oxumağa davam et

Siz qoyun deyilsiz!

Səbəbi olmadan universitetə getmə. Səbəbi olmadan işləmə. Səbəbi olmadan kitab oxuma, səbəbi olmadan rəqsə getmə, şahmat klubuna getmə, yasa getmə, toya getmə. Səbəbsiz heçnə etmə. Etdiyin hər birşeyin sənin üçün hər hansı bir əhəmiyət kəsb edən səbəbi olmalıdır, etdiyin hər birşey sənin şəxsi istəyin olduğu üçün baş verməlidir. Yalnız öz məntiq çərçivənə uyğun olan işləri görməlisən. Siz qoyun deyilsiz! oxumağa davam et