İki manatlıq insanlığı olmayanlar

Bu günlərdə işdən çıxandan sonra getdim dostlarımla görüşməyə. Biraz vaxt keçirdikdən sonra evə getmək üçün yenidən 28 maya qayıtmalı idim, çünkü Bakı Metropoliteninin rəhbərliyinin düşüncəsizliyi sayəsində şəhərin mərkəzi metro stansiyalarından istifadə edə bilmirəm. Səbəb isə odur ki, demək olarki bütün mərkəzi metro stansiyalarında pilləkan və ya lift yoxdur, yalnız eskalatordu. iki çəliklə isə eskalatordan istifadə etmək mənim üçün mümkünsüzdür. İki manatlıq insanlığı olmayanlar oxumağa davam et