Bəzi məmurlarımızın uzaq görən, yaxın vuran siyasəti səbəbi ilə sahil metrosunda lift və pilləkan olmadığı üçün yalnız eskalator olduğu üçün və mən eskalatordan istifadə edə bilmədiyim üçün 28 maydan gəzə-gəzə bəşir səfəroğlu küçəsinə gedirdim. Üzeyir Hacıbəyov adına musiqi konservatoriyasına çatanda havanın isti olması səbəbi ilə yoruldum, dedim oturum bir siqaret çəkim. Təzə oturmuşdum ki, soluma baxanda gördüm məndən 1-2 metr aralıda bir yaşlı dayı oturub, ağacın dibində iştaha ilə nəsə yeyir. Həyatdır hər şey ola bilər, insanlar müxtəlifdir deyib çox baxmadım təbii ki. Təxminən 4-5 dəqiqə sonra yeməyini bitirib paketləri səliqəli şəkildə bükdükdən sonra mənə söylədiki, “bəlkə konturun olar zəng etməliyəm, bayaqdandı neçə nəfərə söyləmişəm, yoxdu deyiblər” tərslikdən həmən anda balansım 1 qəpik təşkil edirdi. Lakin dedim ki, vacibdirsə mağazadan kontur alıb verim sizə. Gəmi kapitanı indi küçədə yaşayır oxumağa davam et