Gördüyümüz işə fikirimizi cəmləməyin – 10 ÜSULU

Yəqin bir çoxunuz fikirinizi görmək istədiyiniz işlərə cəmləməkdə çətinlik çəkdiyiniz zamanlar çox olub. Elə mənim özümdə də. Bəzən nəsə bir iş görməyə otururuq. Lakin gah sosial şəbəkələrdən gələn bildirişlərə baxırıq. Gah yanımızda olan insanlara dialoqa başlayırıq, gah da bizim fikirimizi yayındıracaq istənilən bir şeyi sanki bilərək axtarırıq :)

Buna görə də həm internetdən araşdırma edərək həm də, özümün bu istiqamətdə təcrübəmi bir araya gətirərək sizlər üçün faydalı ola biləcək məsləhətlərin siyahısını hazırladım.  Gördüyümüz işə fikirimizi cəmləməyin – 10 ÜSULU oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (7-cı hissə)

Kompleksləriniz uşaqlığınızdakı qaranlıq otaqda olan “Xoxan” kimidir, üzərinə gedib “otağın” işığını yandırmaq lazımdır.

Özünüzü inkişaf etdirin ki, çətinlik zamanı müraciət edəcəyiniz ilk şəxs özünüz olasınız. Çünki qonşu mağazada ola bilər. Murad Məmmədov – Seçmə deyimlər (7-cı hissə) oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (5-ci hissə)

1.) Həyatı yalnız planlar çərçivəsində yaşamaq, yeni ildə şaxta babanın sənə nə gətirəcəyini əvvəlcədən bilmək tək maraqsızdır. Murad Məmmədov – Seçmə deyimlər (5-ci hissə) oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (3-cü hissə)

1.) Qadinlar zinyət əşyası kimidir,
qayğısına qalıb incə davransan, daima parlayar və səni baxımlı edər.

2.) Etdiyin hər birşeyin məhsuliyyətini öz üzərinə almağın verdiyi zövq, bir çox zövqdən daha çox həzz verir.

Murad Məmmədov – Seçmə deyimlər (3-cü hissə) oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (2-ci hissə)

1.) Ən böyük müharibəniz hisslərinizlə,
Silahınız isə məntiqiniz olmalıdır.

2.) Məntiqin olduğu yerdə, daha ciddi bir mövzu ola bilməz.

Murad Məmmədov – Seçmə deyimlər (2-ci hissə) oxumağa davam et

Murad Məmmədov – Motivasiya Sözləri (1-ci hissə)

Bu blog postumda özümün bədahətən yazdığım, yəni müəllifi olduğum motivasiya sözlərini sizlərlə bölüşürəm.

1.) Milyonların olsa nə fayda? Daxilin əl açıb insanlıq dilənirsə.

2.) Yanmasanda, közərməyə davam et. Çünkü hər an külək başlaya bilər.

3.) Çılpaqkən hər birimiz eyniyiksə, geyimli halda nədir bu əda ?

4.) Ən böyük xoşbəxtlik, xoşbəxt olmanın insanın öz əlində olmasıdır. Ən böyük bədbəxtlik isə bu haqda xəbərsiz olmaqdır.

5.) Optimistlik insanın qəlbinə qazılaraq həkk olunmuş bir şeydir, onun qarşısını almaq mümkün deyil.

6.) Kiminsə təhqirinə təhqirlə cavab vermək alçalmamaq üçündürsə, səbəbsiz yerə kimisə təhqir etmək alçaqlığın özüdür!

7.) Toxunmaq bəzi hallarda dahada maralı edirsə, bəzi hallarda daha da ucuzlaşdırır.

8.) İradəsi zəif insan plastilinə bənzəyir, hansı tərəfə istəsən əyə bilərsən.

9.) Keçmiş zamana görə üzülməkdənsə, gələcəkdə hər şeyin yaxşı olma ehtimalının olduğu üçün sevinmək daha yaxşıdır.

10.) Dost ikinci səndir.

11.) Əziyyət çəkməyən  və çətinlik görməyən şəxs, heç vaxtı güclü biri ola bilməz.

© Murad Məmmədov