Murad Məmmədovun həyat hekayəsi – “Bir günəş altında” interaktiv teatrı – VİDEO

09.03.2018 tarıxında uzun zamandır hazırlaşdığımız “Bir günəş altında” adlı tamaşasını nümayiş etdirdik. Tamaşada baş rolu ifa etdim və ssenari real həyat hekayəm üzərində qurulmuşdu.
Rejissorlar: Caryne Chapman Clark və Тарлан Расулов
Pyesin müəllifi Azərbaycanlı yazıçı Lalə Əliyeva-Kliçkovadır.
Layihə “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata hayata keçirildi.
Tədbir British Council Azerbaijan, Mədəniyyət və İncəsənət Universiteti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın SABAH Qrupu və Nizami Kino Mərkəzi ilə birlikdə reallaşdı. 

Tamaşada tərəf müqabillərim Mədəniyyət və İncəsənət Universitetinin sabah qrupunda ooxuyan tələbələriydilər. Tamaşa bir neçə gün fasilələrlə, Gənc tamaşaçılar teardında, Nizami kino mərkəzində və Yarat muasir incəzənət mərkəzində nümayiş olundu və hər üç nümayiş anşlaqla keçdi.

Forum Teatrı

Forum Teatrı

Bu günlərdə British Council Azerbaijan və Mədəniyyət və İncəsənət Universitetinin birgə əməkdaşlığı ilə keçirilən forum teatrı layihəsində iştirak edirəm. Layihəyə aparıcı qismində qatılmağım planlansa da, məşğələlər zamanı aktorluqda pis getmir :) Qurucularından olduğum Əsa teatrından ayrıldıqdan sonra düşünməzdim ki, bir daha teatr sahəsindən yolum keçər. Amma forum teatrı həqiqətən o qədər maraqlıdır ki, düşünürəm özümü sınamaqda fayda var. Düşünürəm bu interaktiv teatr vasitəsi ilə cəmiyyətə gərəkli mesajları çatdıra biləcəyik. Layihənin gedişatı barədə yeni paylaşımlarım olacaq.

 

Murad Məmmədov – Seçmə deyimlər (7-cı hissə)

Kompleksləriniz uşaqlığınızdakı qaranlıq otaqda olan “Xoxan” kimidir, üzərinə gedib “otağın” işığını yandırmaq lazımdır.

Özünüzü inkişaf etdirin ki, çətinlik zamanı müraciət edəcəyiniz ilk şəxs özünüz olasınız. Çünki qonşu mağazada ola bilər. Murad Məmmədov – Seçmə deyimlər (7-cı hissə) oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (3-cü hissə)

1.) Qadinlar zinyət əşyası kimidir,
qayğısına qalıb incə davransan, daima parlayar və səni baxımlı edər.

2.) Etdiyin hər birşeyin məhsuliyyətini öz üzərinə almağın verdiyi zövq, bir çox zövqdən daha çox həzz verir.

Murad Məmmədov – Seçmə deyimlər (3-cü hissə) oxumağa davam et

Murad Məmmədov – Seçmə deyimlər (2-ci hissə)

1.) Ən böyük müharibəniz hisslərinizlə,
Silahınız isə məntiqiniz olmalıdır.

2.) Məntiqin olduğu yerdə, daha ciddi bir mövzu ola bilməz.

Murad Məmmədov – Seçmə deyimlər (2-ci hissə) oxumağa davam et

Murad Məmmədov – Motivasiya Sözləri (1-ci hissə)

Bu blog postumda özümün bədahətən yazdığım, yəni müəllifi olduğum motivasiya sözlərini sizlərlə bölüşürəm.

1.) Milyonların olsa nə fayda? Daxilin əl açıb insanlıq dilənirsə.

2.) Yanmasanda, közərməyə davam et. Çünkü hər an külək başlaya bilər.

3.) Çılpaqkən hər birimiz eyniyiksə, geyimli halda nədir bu əda ?

4.) Ən böyük xoşbəxtlik, xoşbəxt olmanın insanın öz əlində olmasıdır. Ən böyük bədbəxtlik isə bu haqda xəbərsiz olmaqdır.

5.) Optimistlik insanın qəlbinə qazılaraq həkk olunmuş bir şeydir, onun qarşısını almaq mümkün deyil.

6.) Kiminsə təhqirinə təhqirlə cavab vermək alçalmamaq üçündürsə, səbəbsiz yerə kimisə təhqir etmək alçaqlığın özüdür!

7.) Toxunmaq bəzi hallarda dahada maralı edirsə, bəzi hallarda daha da ucuzlaşdırır.

8.) İradəsi zəif insan plastilinə bənzəyir, hansı tərəfə istəsən əyə bilərsən.

9.) Keçmiş zamana görə üzülməkdənsə, gələcəkdə hər şeyin yaxşı olma ehtimalının olduğu üçün sevinmək daha yaxşıdır.

10.) Dost ikinci səndir.

11.) Əziyyət çəkməyən  və çətinlik görməyən şəxs, heç vaxtı güclü biri ola bilməz.

© Murad Məmmədov