İki kəlmə fəlsəfə oxuyub ateist olanlar.

Belə bir tip gənc nəsil formalaşmaqdadır: İki dənə fəlsəfə kitabı oxumaqla özlərini ateist və nirvanaya yetmiş sayırlar, siqaret çəkməkdən oksigenin qoxusunu unudublar, xırda bir çətinlik yaşayan kimi içkiyə qaçırlar, düşüncələrinə zidd düşüncədə olan hər kəsi geridə qalmış, siqaret çəkməyib alkoqol içməyən qızları isə “kəzban” hesab edirlər, ictimai yerlərdə yüksək səslə dini ifadələri lağa qoyurlar (bir gün bir fanat dindar çıxıb soxacaq eləsinə), bütün ölkəni səhv özlərini doğru olduğunu düşünürlər, muasirliyi heç bir məhdudiyyətin olmamasında görürlər. İki kəlmə fəlsəfə oxuyub ateist olanlar. oxumağa davam et