Absurd düşüncələr

3 manat 15 qəpiyə alınan şərab ilə köhnə görüşdüyüm qızın hədiyyə etdiyi alışqanla yandırdığım siqaretlə mövzuya girmək, nə qədər hekayəli və nə qədər məni tanımayan insanlar tərəfindən mənasız qəbul edilən bir girişdir. Amma mən niyə bunları mənasız hesab edən insanlar haqda çox düşünməliyəm ki ? Onsuz da insanlar mən yaxşı olsam da, pis olsam da mənim haqda mənfi və müsbət düşüncələrdə olacaqlar. Kainatda heç bir həqiqət olmadığı halda insanların düşüncələri zatən bir fərziyyə və təxmindən yüksək birşey deyil. Absurd düşüncələr oxumağa davam et

Biri var idi biri yox idi. Niyə təcüblənirsiniz ki, hər zaman belə olmayıbmı ?

Biri var idi biri yox idi. Niyə təcüblənirsiniz ki, hər zaman belə olmayıbmı ? Biri olanda biri olmayıb, bu həyatın yazılmamış qanunlarındadır. Məsələn bəzən kiminsə bir valideyni olur digəri olmur. Bəzən hər iki valideyni olur amma qardaşı və bacısı olmur. Bəzən bunların hamısı olur o özü “olmur”. Əslində o fiziki olaraq var olduğu üçün var olduğunu düşünür, amma mənəvi olaraq olmur həyatda. Məgər biz insanları var edən əslində mənəviyyatımız olmamalıdırmı ? Biri var idi biri yox idi. Niyə təcüblənirsiniz ki, hər zaman belə olmayıbmı ? oxumağa davam et