Facebook + Instagram üzərindən satış etməyin qaydaları

Hər kəsə salam. Bu gün ” Hands Art ” sayəsində qazandığım, facebook və instagram üzərindən satış etmək təcrübəmi sizinlə bölüşəcəm. Şübhəsiz ki, ən xırdalığına qədər təkcə bu yazı ilə çatdırmaq mümkün olmayacaq. Lakin yazı xoşunuza gəlsə, müraciət sayından aslı olaraq, rubrika şəkilində hər dəfə bir istiqamətə aid daha geniş yaza bilərəm. Məsələn məhsulunuzun baxımlı məzmununu (fotosunu, videosunu və.s) necə hazırlaya biləcəyinizə dair. Və yaxut da məhsulunuzu facebook və instagram üzərindən necə reklam edə biləcəyiniz haqda Facebook + Instagram üzərindən satış etməyin qaydaları oxumağa davam et

Facebook Bizim Anamızdır

Mən çox üzülərək bildirmək istəyirəm ki, bu gün bizim cəmiyyətdə müsbətə doğru dəyişən bütün amillər və məsələlər, valideynlərimizin yəni Azərbaycanlı ailələrin sayəsindən daha çox, sosial şəbəkələrin sayəsindədir.
Şəxsən hansı gənclə cəmiyyətdə olan hər hansısa bir problem barədə müzakirə aparıramsa, “hə, o  gün facebookda bir videoda gördüm” kimi bənzər cümlələr qururlar. Bu gün valideynlər dəyişməyib, bu gün hökümətimiz dəyişməyib, dəyişən internetin inkişaf etməsi, internet əlçatımlığının artması,  informasiya axınının güclənməsi sayəsidndə insanlar tərəfindən yeni mədəniyyətlərin, etik qaydaların və digər anlayışların daha sürətlə mənimsəməsindədir.

Facebook Bizim Anamızdır oxumağa davam et