internetdə yayılan saxta məlumatları ifşa etməyin 3 sadə qaydası

Artıq 12 ildir internetdən aktiv istifadə edirəm. Və təcrübə göstərir ki, bir çox şəxs internetdə yayılan saxta məlumatlara aldanırlar. Dezinformasiya yayan mənbələrin isə hərəsinin öz məqsədi var. Bəzən bu mənbələr xarici ölkələrdə olur, bəzən isə ölkə daxilində.

Uzun müddətdir bu haqda yazmağı düşünsəm də müxtəlif səbəblərdən alınmırdı. Lakin bu günlərdə aktuallaşan coronavirus mövzusu bu yazını yazmağımı vacib etdi. Çünki bu virus da daxil olmaqla bir çox bədbəxt hadisə zamanı, hadisə haqda yayılan saxta məlumatlar hadisənin zərərindən daha böyük olur.

internetdə yayılan saxta məlumatları ifşa etməyin 3 sadə qaydası oxumağa davam et

Sosial şəbəkələrin insanları kədərləndirən tərəfləri

Bir dəfə ən yaxın dostlarımdan biri demişdi ki, sosial şəbəkə hesablarına baxanda əsəbləşir, çünkü xəbər lentində gedən paylaşımların hamısında dostları əylənir. Hərəsi bir ölkədə, bahalı restoranlarda, gecə klublarında. Dostum etiraf etmişdi ki, ofisdə darıxdırıcı iş masasının arxasında oturub bu paylaşımlara baxanda depressiyaya düşür. Və hətta bu tip paylaşımları görməmək üçün facebook profilini zaman-zaman deaktiv edir. Sosial şəbəkələrin insanları kədərləndirən tərəfləri oxumağa davam et