təlim Etiket Arxivləri:

“Bank of Baku”da çalışmağımın 1 ili tamam oldu! – Bu necə baş verdi ?

Mükəmməlliyin pik nöqtəsi yoxdur, insan daima özünü inkişaf etdirməlidir.

meydan oxu - təlimÖtən ilin sonlarına yaxın uzun illərdir fəaliyyət göstərdiyim “Müstəqil Həyat” təşkilatının rəhbəri Aydın Xəlilov mənə bildirdi ki, “Bank of Baku”nun “Məhdudiyyətlərə Meydan Oxu” adlı layihəsi başlayacaq və hər mövzu bir həftə davam etməklə dörd mövzuda təlimlər keçiriləcək üstəlik bizim təşkilat da layihənin tərəfdaşlarından biri olacaq və mənim layihədə iştirak edib etmək istəmədiyimi soruşdu. Mən də insan hər nə qədər uğur qazansa belə daima özünü inkişaf etdirməyə davam etməli olduğunu düşündüyüm və bildiyim üçün iştirak etmək istədiyimi bildirdim. Beləcə təlimlərə başladım. Yaşadığım ərazi “Yeni Günəşli” olmasına və təlimlərin keçiriləcəyi məkanın yaşadığım evdən kilometrlərcə uzaqda olamsına baxmayaraq, küləkli yağışlı havada 2 avtobus dəyişərək hər gün təlimlərə gedirdim. Oxumağa davam et

#IDEAS Layhiəsi – Direktorlar üçün inkluziv təhsil seminari

direktorlar üçün seminar 2Bu gün British Council Azerbaijan təşkilatının təşkilatçılığı ilə AccessBank”ın baş ofisində, ‪#‎IDEAS‬ layhiəsi çərçivəsində, məktəb direktorları üçün “inkuziv təhsil” mövzusunda seminar keçirilib.

Ülviyyə və Lamiyə xanımın təqdimatında keçirilən seminarda mənim də, həm ideas layhiəsinin “beynəlxalq çərçivə”si haqda həmdə inkluziv təhsil mövzusunda olan təcrübəmi iştirakçılar qarşısında təqdim etmə imkanım oldu. Oxumağa davam et

Nəbadət bağında motivasia seminarı.

Mil - motivasiya seminarı 3MİL Şəbəkəsi nəzdində fəaliyyət göstərən “Əyləncə və Oyun Klubu”nun təşəbbüsü ilə 21 iyun tarixində Nəbatat bağında Murad Məmmədovun təqdimatında “Youth Mobility Academy” adlı tədbir həyata keçirildi. Tədbir zamanı iştirakçılara əyləncəli motivasiya oyunları, “teambuilding” və təlimçi Murad Məmmədov tərəfindən maraqlı motivasiya seminarı təqdim edildi. Proqram zamanı həm də iştirakçılar arasında müxtəlif əyləncəli yarışlar keçirildi və qaliblər sponsorlar tərəfindən verilən hədiyyələrlə mükafatlandırıldı.
Foto © Efsane Salehova. Oxumağa davam et

Gənclər üçün jurnalistika təlimlərinə start verilib.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun dəstəyi və ” Elnaramedia “nın təşkilatçılığı ilə, “Məqsəd” adlı layhiə”yə start verilib.
Layhiə çərçivəsində 19-29 yaşlarında, əlilliyi olan gənclərə vətəndaş jurnalistikası bacarıqları aşılanacaq. Layhiə”nin məqsədi, ölkəmizdə əlilliyi olan gəncləri aktiv cəmiyyətə inteqrasiyasına dəstək olmaq və vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkmək, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir. Oxumağa davam et