Valideynlərimiz bizi yetişdirərkən yol verdikləri səhv – Video

Bəziləriniz bu videonu izlədikdə kövrələ bilərsiz, gülə bilərsiz, heyrətlənə və sairə emosiyalara qapıla bilərsiniz. Mən isə bu videonun dərhal ağıla gəlməyən tərəfindən danışacam. Valideynlərimiz bizi yetişdirərkən yol verdikləri səhv – Video oxumağa davam et

Advertisements

Valideyn olmağa hazırlaşan hər kəsə həsr olunur

Səhər işə gedəndə dayanacağın yaxınlığında bir gənc valideyn xanım, övladı kimi görünən 6-8 yaşlarında olan oğlan uşağına öz şalvarını batırıdğına görə (uşaq öz şalvarını kirləmişdi) acımasızcasına zərbələr endirirdi, yəni uşağı küçənin ortasında vururdu. Uşaq isə ağlayır qaçmaq istəyir, lakin xanım yenidən qışqırır onu çağırır, şalvarını təmizləyə-təmizləyə yenidən higgəli şəkildə uşağı vurmağa davam edirdi.
Doğrudu yaxınlaşıb müdaxilə etmədiyimə görə, bu sətirləri yazdığım anda belə peşmançılıq çəkirəm, lakin yaxınlaşmamağıma səbəb odur ki, mən əksər hallarda olduqca  çox sakit, təmkinli və səbirli biriyəm, nadir hallarda əsəbləşirəm, lakin əsəbləşəndə çox böyük əsəb keçirirəm və inanılmaz aqressiv oluram. Yaxınlaşsam xanım mənə kobud cavab versə onu yola verə bilməyəcəkdim, mübahisə böyüyəcəkdi və xoşa gəlməz hallar yaşanacaqdı, ona görə çox təəsüf ki, ayaq saxlayıb diqqətlə baxıb, bir iki dəfə cəhd etsəm də, yaxınlaşmadım. Lakin həmən anda təxminən 3-4 il öncə xarici ekspertlər tərəfindən uşaq zorakılığına dair keçirilən təlimlərədə iştirakımı xatırladım. Valideyn olmağa hazırlaşan hər kəsə həsr olunur oxumağa davam et

MƏNİM ÖVLADIM TƏRBİYƏSİZ OLACAQ!

Daha öncəki məqalələrimdən birində tərbiyə anlayışının elmi tərifini verməklə yanaşı, bizim ölkədə isə tamami ilə fərqli olduğunu daha dəqiq desəm copy + paste”dən ibarət olduğunu, yəni valdeynin öz həqiqətlərini həqiqət kimi, öz yanlışlarını yanlış kimi övladına köçürməsini, özü nə cürdürsə övladını da o cür yetişdirmək istəyi kimi qəbul və tətbiq olunduğunu qeyd etmişdim. Məhs bu səbəbdən də bu deyimi heç sevmirəm, əksinə olduqca güclü antipatiyam var bu deyimə qarşı. MƏNİM ÖVLADIM TƏRBİYƏSİZ OLACAQ! oxumağa davam et