01.12.2017 tarixində BBC Azərbaycancanın facebookda yayımlanan canlı efirində qonağ oldum. Verliş zamanı həm insanın məqsədlarinə çatmaq üçün nələr etməli olduğu haqda, həm də bu gün ölkəmizdə əlilliyi olan şəxslərin mövcud durumu haqda ətraflı şəkildə fikirlərimi bölüşdüm.
Etiket: Video
Homoseksual və əlilliyi olan şəxs intihar etdi ? – VİDEO
Bu dünyada hər kəs müxtəlifdir. Eyni görünüşdə, eyni düşüncədə, eyni maddi durumda və sairə eyni parametrlərlə insan istehsal edən fabrik yoxdur, hər birimiz unikal və fərqliyik. Lakin cəmiyyət özündən ciddi şəkildə fərqli olanlara qarşı çox kobud və qeyri adekvat davranır. Homoseksual və əlilliyi olan şəxs intihar etdi ? – VİDEO oxumağa davam et
Boş vaxtlarımızda nə edirik – VIDEO
Qorxularınızı aradan qaldıracaq – VIDEO
Qorxular müxtəlifdir, kimisi özünü cəmiyyət içində ifadə etməkdən qorxur, kimisi sevgi uğurunda mübarizə aparmaqdan, kimisi ilk addımı atmaqdan. Lakin növündən aslı olmayaraq qorxu ona görə qorxudur ki, insan ondan qaçır. Bütün qorxular onun üzərinə gedənə qədər mövcud olur, qorxu sizin ondan qaçdığınız müddətcə sizin ardınızca gəlir. Lakin dayanıb onun üzərinə gedsəniz, onun dadına baxsanız, o artıq sizin üçün qorxulu olmayacaq, çünkü siz artıq onun nə olduğunu bilirsiniz. İnsan bilmədiyi hiss etmədiyi və yaşamadığı şeylərdən qorxur, çünkü sadəcə onun nə olduğunu bilmədiyi üçün ona vahiməli gəlir. Qorxularınızı aradan qaldıracaq – VIDEO oxumağa davam et