Facebook Bizim Anamızdır

Mən çox üzülərək bildirmək istəyirəm ki, bu gün bizim cəmiyyətdə müsbətə doğru dəyişən bütün amillər və məsələlər, valideynlərimizin yəni Azərbaycanlı ailələrin sayəsindən daha çox, sosial şəbəkələrin sayəsindədir.
Şəxsən hansı gənclə cəmiyyətdə olan hər hansısa bir problem barədə müzakirə aparıramsa, “hə, o  gün facebookda bir videoda gördüm” kimi bənzər cümlələr qururlar. Bu gün valideynlər dəyişməyib, bu gün hökümətimiz dəyişməyib, dəyişən internetin inkişaf etməsi, internet əlçatımlığının artması,  informasiya axınının güclənməsi sayəsidndə insanlar tərəfindən yeni mədəniyyətlərin, etik qaydaların və digər anlayışların daha sürətlə mənimsəməsindədir.

Facebook Bizim Anamızdır oxumağa davam et

O vaxtlar whatsapp yox idi, sms yazırdıq.

İnternetdə bir qızla tanış olmuşdum. Demək olar hər gün internetdə virtual olaraq görüşür, saatlarla yazışırdıq, telefonla zəng edib danışırdıq, lakin heç vaxtı görüşməmişdik. Və xatırlamadığım səbəblərdən də, bir gün ayrıldıq.

Üzərindən 2 il ötdükdən sonra, işlədiyim internet kluba o qızın sinif yoldaşı gəlirdi, ünsiyyət yarandıqdan sonra bilmişdi ki, onun sinif yoldaşı ilə iki il öncə yazışmışam. Bir gün dedi ki, o qızı gətirim bir birinizi görün, elədə oldu.
O gün indidə yadımdadı, qız işlədiyim yerin qarşısına gəldi, çıxdım gördüm qizi, çox gözəl simaya və bədən quruluşuna sahib sarışın bir xanım idi. İkimizdə nədənsə çəkiniridk, nədə olmasa 2 il öncə uzun müddət danışmış ama bir-birini fotodan belə görməmiş insanlar idik. 5-3 dəqiqə söhbət etdikdən sonra getdilər və sonra bir daha görüşmədik. O vaxtlar whatsapp yox idi, sms yazırdıq. oxumağa davam et