Gəmi kapitanı indi küçədə yaşayır

Bəzi məmurlarımızın uzaq görən, yaxın vuran siyasəti səbəbi ilə sahil metrosunda lift və pilləkan olmadığı üçün yalnız eskalator olduğu üçün və mən eskalatordan istifadə edə bilmədiyim üçün 28 maydan gəzə-gəzə bəşir səfəroğlu küçəsinə gedirdim. Üzeyir Hacıbəyov adına musiqi konservatoriyasına çatanda havanın isti olması səbəbi ilə yoruldum, dedim oturum bir siqaret çəkim. Təzə oturmuşdum ki, soluma baxanda gördüm məndən 1-2 metr aralıda bir yaşlı dayı oturub, ağacın dibində iştaha ilə nəsə yeyir. Həyatdır hər şey ola bilər, insanlar müxtəlifdir deyib  çox baxmadım təbii ki. Təxminən  4-5 dəqiqə sonra yeməyini bitirib paketləri səliqəli şəkildə bükdükdən sonra mənə söylədiki, “bəlkə konturun olar zəng etməliyəm, bayaqdandı neçə nəfərə söyləmişəm, yoxdu deyiblər” tərslikdən həmən anda balansım 1 qəpik təşkil edirdi. Lakin dedim ki, vacibdirsə mağazadan kontur alıb verim sizə. Gəmi kapitanı indi küçədə yaşayır oxumağa davam et