Yaşam koçu – Azərbaycanda

Yaşam koçu nədir və kimdir.

Yaşam koçu nədir ? Son zamanlar Azərbaycanda da populyarlaşan bu termin haqda çox sayda doğru yanlış məlumatlar var.

“Coach” sözü ingilis dilində məşqçi deməkdir. Lakin düşüncə məşqçiliyini idman məşqçisindən fərqləndirə bilmək üçün yaşam koçu deyilən termin ərsəyə gəlib.

Lakin yaşam koçu anlayışı bir qədər sual doğuran anlayışdır. Çünki yaşamın içində hər şey var və bir adamın bütün yaşama dair usta olub koçluq edə biləcəyi sual altındadır.

Ona görə də bu sahədə peşəkarlaşmağı seçən insanlar konkret bir mövzuda koçluq etməyi seçirlər. Bu mövzu koçun özünün hansı sahədə daha çox usta olması ilə seçilir. Məsələn mənim koçluq etdiyim mövzu şəxsi inkişafdır və şəxsi inkişaf koçluğu edirəm.

Koçu olmaq üçün digər peşələrdə olduğu kimi bu peşəyə aid təhsil almaq və ya hər hansısa bir rəsmi şirkətin kursunu bitirərək sertifikat əldə etmək lazımdır. Və əlbəttə mən də belə etmişəm.

Yaşam koçu nə edir ?

Yaşam koçunu futbol məşqçisi ilə müqayisə etsək çox bənzər xüsusiyyətləri var. Məsələn:

Futbolda oyunçunun məqsədinə çatması üçün (məsələn qol vurması üçün) oyunçunun boyunun uzunluğuna, qaçmaq sürətinə və sair sahib olduğu göstəricilərə uyğun olaraq məşqçi tərəindən məşq olunur. Yəni məşqçi oyunçunun qol vurması üçün oyunçunun öz resurslar ilə onu məşq elətdirir.

Eynən şəxsi inkişaf koçu da müraciət edən şəxsin əvəzinə o məqsədə çatmır. Amma məqsədə çatması üçün kouç öz ustalıq səviyyəsindən istifadə edərək müraciət edən şəxsin diqqətini öz daxili resurslarının aşkara çıxmasına və məqsədləri üçün istifadəsinə yönləndirir.

Yaşam kouçinqi kouç ilə müştəri arasında yaradıcı tərəfdaşlıqdır. Bu tərəfdaşlıqda kouçun bəzi vəzifələri aşağıdakılardır:

  • Müştərinin arzuladığı məqsədlərə çatmaq üçün onun həyat tərzinə uyğun perspektiv inkişaf etdirməsinə şərait yaratmaq,
  • Müştərini öz potensialını kəşf etməyə və inkişaf etdirməyə həvəsləndirmək,
  • Müştərinin məqsədlərinə, xarakterinə və perspektivinə uyğun fəaliyyət planları və strategiyaların hazırlanması,
  • Müştərinin məsuliyyət daşımasını təmin etmək üçün perspektivini inkişaf etdirmək,
  • Müştərinin düzgün suallarla ehtiyac duyduğu cavabları almasını təmin etmək,
  • Müştərinin effektiv, balanslı və uğurlu həyat sürməsi üçün; Onlara düzgün qərar və seçim etmək bacarıqlarını inkişaf etdirmək imkanı vermək.

Yaşam kouçuna hansı hallarda müraciət etmək olar ?

Kouç xidməti şəxsə aşağıdakı hallarda lazım ola bilir:

  • 1. Mövcud işindən narazılıq və ya inkişafı təmin etmədiyini hiss edirsə
  • 2. Qərar qəbul etməkdə çətinlik çəkirsə və bu narahatlığa səbəb olursa
  • 3. Həyatda aydın məqsəd və ya istiqamətin olmamasını hiss edirsə
  • 4. Münasibət problemləri: Başqaları ilə münasibət qurmaqda və münasibəti idarə etməkdə çətinlik çəkirsə
  • 5. Şəxsi inkişaf və ustalaşmaq arzusu varsa

Bu hallardan biri və ya bir neçəsi səndə də varsa və bunun üçün sizə kouç dəstəyi lazım olduğunu düşünürsünüzsə sizə süprizim var.

Yuxarıda oxuduğun məlumatlardan sonra peşəkar dəstəyə ehtiyacın olduğunu düşünürsənsə, tanışlıq və mövzunuzun müzakirəsi məqsədilə mənimlə təxminən yarım saatlıq ödənişsizonlayn görüş üçün aşağıdakı müraciət formasını doldura bilərsən.
Bu onlayn görüşdən sonra, koçluq dəstəyi xidməti alıb-almayacağınıza qərar verə bilərsiniz.

Müraciətdən öncə ehtiyac duysanız haqqımda daha çox məlumatı sosial şəbəkə hesablarımdan əldə edə bilərsiniz: İnstagram hesabım. / Facebook hesabım. / Tik-Tok hesabım.

Əvvələ qayıt

Your message has been sent

Xəbərdarlıq
Xəbərdarlıq
Xəbərdarlıq
Xəbərdarlıq!

One thought on “Yaşam koçu – Azərbaycanda”

Leave a Reply