Dəyişiklik üçün 3 addımlıq universal formula

Hər kəsə salam. Bu yazıda maddi və ya mənəvi olmasından asılı olmayaraq, həyatınızda istənilən növ dəyişikliyi etməyə uyğu gələn univeral formulanı bölüşəcəyəm. Ən əsası isə hər bir addım üçün sizə praktiki çalışma da təklif edəcəyəm. Mən bu formulanı bəzən müştərilərim ilə individual koçluq seanslarında da istifadə edirəm.

Formulanın əsas 3 addımına keçməzdən öncə 2 vacib məsələni bildirmək istəyirəm.

1. Bu addımlardan hər hansısa biri olmasa, digər ikisinin olması əhəmiyyət daşımır. Dəyişiklik üçün hər üçü mütləq mövcud olmalıdır.

2.-ci vacib məqam isə, məqalənin sonunda bu formulanın hansı hallarda işləmədiyini və həmən hallarda da nə etməli olduğunuzu bildirəcəyəm.

İstənilən dəyişiklik üçün 3 addımlıq universal formula:

1. Resurslar

Resurs dedikdə bir şeyi etmək üçün lazım ola biləcək hər şey nəzərdə tutulur. Məsələn sən indiki işindən çıxıb yeni bir işə keçid etmək istəyirsənsə bunun üçün sənin müxtəlif resursların olmalıdır. Məsəl üçün keçid etmək istədiyin peşəyə uyğun lazım olan biliklər və ya texniki bacarıqlar da resurs sayılır. Həmçinin yeni peşəyə adaptasiya olmaq üçün tələsməmək və rahat olmaq üçün psixoloji hazırlıq da resurs sayılır. Resurslara hər şey daxil ola bilər. O şeyi etmək üçün sahib olduğumuz pul, əgər pul yoxdursa belə pulun əvəzinə o şeyi bizim üçün pulsuz edə biləcək bir tanışımız, dostumuz da resurs sayılır.

1-ci addımın praktiki çalışması:

Nə etməliyik ? Bir ağ vərəq götürürük, qələm ilə xətt çəkərək iki hissəyə bölürük. Vərəqin bir hissəsinə nail olmaq istədiyimiz dəyişikliyin baş verməsi indi sahib olduğumuz resursları yazırıq. Digər hissəsinə isə o dəyişikliyə nail olaq üçün lazım olan lakin hal-hazırda əlimizdə olmayan resursları yazırıq. Bu dəyişiklik üçün tam olaraq hansı resurslara nail olmalı olduğumuzu bilmək üçün əla texnikadır.

2. Ehtiyacların (dəyərlərin) doğru müəyyənləşdirilməsi.

Təəsüf biz sosial şərtləndirilmələrlə zəngin bir zəmanədə yaşayırıq. Məsələn kütləvi informasiya vasitələrində xoşbəxtliyin bahalı avtomobil ilə, başqa insanlar tərəfindən bəyənilməyin fit bədənə sahib olmaq ilə əlaqələndirildiyinin şahidi oluruq. Və özümüz də fərqində olmadan bu şərtləndirilmələrin qurbanı oluruq. Ona görə nail olmaq istədiyimiz dəyişikliyi niyə istədiyimizi özümüz üçün tam dəqiqliklə müəyyənləşdirməliyik. Yəni o dəyişiklik üçün əsl motivimizin (motivasiyamızın) nə olduğunu bilmədən yola çıxmaq bizi tez bir zamanda yarıda qalmağımıza səbəb ola bilər.

Lakin biz əsl ehtiyaclarımızı tam çılpaqlığı ilə bildikdən sonra onu əldə etmək üçün daha həvəsli və ehtiraslı şəkildə fəaliyyətə keçəcəyik.

Əsl istəklərimizi müəyəynləşdirmək üçün kiçik bir praktiki çalışma o ola bilər k, özünüzə sual verin: Əldə etmək istədiyim bu şey mənim 80 yaşım olanda görmək istədiyim mənzərəyə uyğun gəlirmi ? 80 yaşm olanda da bu şey məni indiki kimi məmnu edəcəkmi ?

Yazının müəllifi olaraq mən etiraf edirəm ki, bu 2-ci addım ən çətin addımlardandır. Çünki nə istədiyimizi rahatlıqla bilsəkdə, o şeyi “niyə” istədiyimizin fərqinə varmırıq edətən. Bizə isə məhs o “nə” yox, “niyə”ni tapmaq laızmdır. Çünki məsələn biz bahalı avtomobil istəyiriksə, bizim ehtiyacımız olan o dəmir parçası yox, onun bizə bəxş edəcəyi emosiyadır əsl ehtiyacımız. Ehtiyacımız olan əsl emosiyaları (duyğuları) bilsək, onu təmin etmək üçün başqa üsullar da tapa bilərik, təkcə avtomobildən sılı olmarıq.

Bu addımın vacibliyni nəzərə alaraq mən yaxın günlərdə başlayacaq 4 günlük onlayn təlimimin məs bir gününü sırf əsl ehtiyaclarımızı və dəyərlərimizi müəyyənləşdirməyə həsr etmişəm və bunu edə bilməniz üçün şəxsi köməkliyim və mentorluğum ilə xüsusi bir texnika və ev tapşırığı da olacaq. Təlim haqda ətraflı məlumatı aşağıdakı elandan əldə edə bilərsiniz.

“Aydınlanma mərhələsi” Onlayn təlim 1-6 mart.

3. Disiplin

Həyatımızda istənilən bir dəyişikliyə nail olmaq üçün disiplinli (davamlı və mütamadi) olmaq şərtdir. Bizim beynimizdə şüurlu və məntiqli seçimlərə cavabdeh olan hissə “neokorteks” adlanır. Bu hissənin inkişaf etdirilməsi isə bizim və bizim disiplinli olmağımıza xidmət edir. Bəs bu mexanizmin inkişafı üçün nə edək ? Bunun üçün bizim hadisələrə verdiyimiz reaksiyalarımızda yetkin biri kimi yanaşmağımız və davranmağımız lazımdır. Məsələn “indi və burada” istəyirəm davranışı yetkin davranışı sayılmır, daha çox uşaq pozisiyasından verilən bir reaksiyadır. Bu qədim və ilk insanların davranışlarına cavabdeh olan beyinimizin “limbik sistemi” adlanır. Beynimizin bu hissəsi bizim əsasən emosional davranışlarımız acavabdehdir. Lakin muasir insanda beynində yenicə inkişaf etməyə başlamış “neokortekst” hissəsi var. Və bu hissənin daha çox inkişafı üçün az önc qeyd etdiyim kimi, hadisələrə emosional yox, şüurlu yəni yetkin insan kimi yanaşmaq lazımdır. Bu zaman bizim disiplinli olmağımız da yüksələcək və həyatımızda hər hansısa dəyişikliyə nail olmaq üçün 3-cü və ən vacib addımlardan olan davamlılıq və mütamadilik formalaşacaq.

Bu addımın praktiki çalışması üçün isə mən sizə son zamanlar etməli olduğunuz şeyləri xatırlayaraq o şeylərə qarşı nə dərəcədə emosional və nədərəcədə məntiqli (şüurlu) yanaşdığınızı xatırlamanız lazımdır.

Bu formula hansı hallarda işləməyə bilər ?

Əgər bu formulanı bildiyimiz və tətbiq etdiyimiz halda da istədiyimiz dəyişikliyə nail ola bilmiriksə, böyük ehtimalla bizə mane olan şüur altımızda yatan və bizi məhdudlaşdıran düşüncələr və inanclardır. Əgər sizi məhdudlaşdıran düşüncələr və inanclardan uzaqlaşmaq istəyirsinizsə bu günlərdə başlayacaq təlim əsil sizi üçündür. Çünki burada keçirilən dərslənrdən biri məhs “neytrallıq” adlanır. Və bu dərs bizə imkan verir ki, bizi məhdudlaşdıran “pislərdən” “yaxşılardan” uzaqlaşaraq azad seçim zonasına keçid edə bilək. Təlim haqda daha ətraflı məlumat üçün aşağıdakı buraya tıklayın.

Ev tapşırığı:

Nail olmaq istədiyiniz bir dəyişikli seçin və bu formulanın hər bir addımını ardıcıllıqla o istəyinizin üzərində tətbiq edin.

Leave a Reply