Haqqımda

Murad Məmmədov 1990-cı il yanvarın 14-də Bakıda anadan olub.

Sümüklərindəki kalsium çatışmazlığı və “natamam ostiogeniz” diaqnozu səbəbindən  15  yaşıma qədər gəzə bilməyən Murad yalnız evdə iməkləyərək hərəkət etməli olub.

26 yaşında 8-ci sinifə daxil olaraq 29 yaşında 219 saylı evdə təhsil tam orta məktəbinin 11-ci sinifini bitirib.

Həkimlərin “Heç bir zaman gəzə bilməyəcək” söyləmələrinə baxmayaraq, 15 yaşında heç bir tibbi müdaxilə olmadan, öz iradə və daimi məşqlər sayəsində çəliklərin (qoltuqağacı) köməkliyi ilə gəzməyə başlayıb.

İş təcrübəsi

2010-cu ildən “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyində baş təlimçi və əlillik mövzusu üzrə ekspert kimi fəaliyyət göstərir.

2012 – 2013 — “Art Group Production” MMC-də Sosial Media Meneceri vəzifəsində çalışıb.

2014 –2015 — “MisterTum” MMC-də Sosial Media Meneceri vəzifəsində çalışıb.

2015 (May — İyul) — Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində İnsan Resursları Departamentinin menecerinin köməkçisi vəzifəsini icra edib.

2015 (Oktyabr – Noyabr) — Prosper Digital Agency şirkətində Sosial Media Meneceri vəzifəsində çalışıb.

2015 – 2017 — “Bank of Baku” ASC-də Məlumat mərkəzi şöbəsində ekspert kimi çalışıb.

2018 – 2019 — ARB TV-də yayımlanan “Biz Birik” verilişinin koordinatoru olub.

2018 — “Hands Art” Sosial biznes layihəsini təsis edib.

İctimai fəaliyyət

2011-ci ildən təlimçi olaraq fəaliyyət göstərir. Özünü inkişaf məsələləri üzrə mütəxəsis olaraq fərdi şəkildə motivasiya seminarlarını 2015-ci ildən başlayıb və bu fəaliyyəti hazırda davam etdirir.

2013 — UNİCEF Azerbaijan — əlilliklə bağlı layihələrinin fəal iştirakçısıdır. (davam edir)

2013  — British Council Azerbaijan — könüllü üzvdür. (davam edir)

2013-cü ildən Azərbaycanı və gəncliyini sosial və xüsusən də əlillik mövzusu üzrə xarici dövlətlərdə keçirilən konfrans və seminarlarda təmsil edir. Səyahət etdiyi yerlər sırasında ABŞ, Almaniya, İspaniya kimi ölkələr də var.

2014 – 2015 — BMT-nin Ölkə üzrə Gənclərdən ibarət Məşvərət Şurasının üzvü olub.

2018 — ABŞ-da keçirilən “Open World” proqramında iştirak edib.

2019 – Almaniyanın Berlin şəhərində keçirilən “We Can Do It” adlı sosial layihəsində iştirak edib.

Təlimlər, konfranslar

31 May 2012 – Azercell-in “Müştərilərlə telefonda və birbaşa ünsiyyət” mövzusunda təlimə qoşulub.

2011  —  “Unicef Azerbaijan”-ın təşkil etdiyi  “Əlillik və əlilliyi olan insanlara qarşı tolerant münasibət anlayışı” mövzusunda təlimə qoşulub.

2012 — ABŞ-ın Azərbaycanda yerləşən, “World Hope İnternational” şirkətinin kompüter üzrə Hardware kursunda iştirak edib.

May 2014 — “British Council Azerbaijan” təşkilatının Bakıda-Hilton oteldə keçirilən “Bərabər hüquqlu cəmiyyət üçün, inkluziv qərarlar” adlı layihəsinin 4 günlük seminarında iştirak edib. Sonra həmin layihənin İordaniyanın Amman şəhərində 29 İyun — 4 İyul 2015 tarixində keçiriləcək 5 günlük seminara qoşulub.

May 2014 — Unicef Azərbaycan və NUR Uşaq və Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 2 gün Bakıda Dalğa Plaza-da keçirilən BMT-nin min illiyin inkişaf proqramı mövzusunda gənclər məsləhətləşmələrində iştirak edib. Daha sonra eyni mövzu üzrə Türkiyənin İstanbul şəhəri, Bostancı hoteldə keçirilən 7 günlük beynəlxalq gənclər konfransına qoşulub.

2014-cü ilin noyabr ayında eyni mövzu üzrə İstanbulun Dedeman hotelində keçirilən 300 nəfərlik beynəlxalq konfransda iştirak edib.

23 aprel – 7 may 2014 — Access Bankın təşkil etdiyi psixoloji, bank işi və kompüter biliyi  təlimlərinə qoşulub.

13-17 oktyabr 2014 — “British Council Azerbaijan” təşkilatçılığı ilə, “Bərabər və məsuliyyətli cəmiyyət üçün inkluziv qərarlar” layihəsi çərçivəsində Ukraynanın Kiyev şəhərində keçirilən “Bizim üçün bizsiz heç nə” adlı təlimçilər üçün təlimdə iştirak edib.

27 okt-27 noyabr 2015 — Bank of Baku-nun reallaşdırdığı “Məhdudiyyətlərə meydan oxuyaq” adlı layihənin 4 mövzuda (Blogqçuluq, sosial şəbəkələrin idarə edilməsi, İT, məlumat mərkəzi) təlimlərinə qoşulub.

2-12 may 2018 —  ABŞ səfirliyinin təşkilatçılığı ilə, Amerikanın Nevada ştatında baş tutan “Open World” proqramında iştirak edib. Məqsəd Amerikanın əlillik siyasəti ilə daha yaxından tanış olmaq, əlillik sahəsinin təcrübəsini öyrənmək.

9-15 mart 2019 —  Erasmus+ proqramı çərçivəsində, Almaniyanın Berlin şəhərində keçirilən “We can do it” adlı 12 ölkənin qatıldığı proqramda iştirak edib. Məqsəd Almaniyanın əlillik sahəsində gördüyü işlərlə daha yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq olub.

Dil bilikləri

Azərbaycan  – Ana dili

Ingilis – Elementary (danışıq)

Rus – yaxşı (danışıq)

Türk – əla (yazı/danışıq)

Maraqlar

2016-ci ilin avqust ayında işıq üzü görən və fərdi inkişaf kateqoriyasında olan motivasiyaverici “Uğurun Xəritəsi” adlı kitabın müəllifidir.

Hobbi olaraq mobil fotoqrafiya və bloqçuluqla məşğuldur. Ən çox zövq aldığı işlərdən biri cəmiyyətə fayda verəcək fəaliyyətlə məşğul olmaqdır.

© Murad Məmmədov (facebookda izlə)